012931

Sms xəbərdarlıq

"Bank Silk Vey" ASC plastik kartından istifadə etməklə Siz “SMS – xəbərdarlıq” xidmətinə qoşula bilərsiniz. 

Qoşulmaq üçün Sizə bank ofisi və ya operatora müraciət etmək lazım gəlməyəcək. Siz “SMS – xəbərdarlıq” xidmətinə Bakı şəhəri və Azərbaycan Respublikasının regionlarında Azərikart tərəfindən xidmət olunan istənilən bankomatdan qoşula bilərsiniz. 

“SMS – xəbərdarlıq” xidməti Sizə olduğunuz yerdən asılı olmayaraq, sutkanın 24 saatı ərzində real zaman rejimində plastik kart hesabında vəsaitin hərəkətinə nəzarət etmək və vəsaitinizi kart vasitələrinin sanksiyalaşdırılmamış istifadəsindən müdafiə etməyə imkan verəcək. 
Xidmətə aşağıdakı mobil operator abunəçiləri qoşula bilər: 

Bankomat vasitəsilə “SMS – xəbərdarlıq” xidmətinə qoşulma prosesi. 

Bankomat vasitəsilə qoşulma əməliyyatını yerinə yetirməklə Siz PIN-kod daxil etməklə xidmətə qoşulmanı təsdiq edirsiniz. 

Əsas menyuda bankomatın tablosunda “ÖDƏNİŞ” bəndini seçin 

“ÖDƏNİŞ” menyusunda “XİDMƏT” bəndini seçin 

“XİDMƏTLƏR” menyusunda «SMS – xəbərdarlığ» bəndini seçin 

Növbəti pəncərədə “SMS – xəbərdarlığın” göndəriləcəyi telefon nömrəsini daxil edin, daxil edilmiş nömrənin düzgünlüyünü təsdiq etmək üçün mobil nömrənizi təkrar daxil etməli olacaqsınız. 

“SMS – xəbərdarlıq” xidməti qoşuldu. 

Hər şeyi düzgün etsəniz, telefonunuza SMS – təsdiq gələcək. SMS – təsdiq gəlmədikdə, Siz Azericard-ın müştəri dəstəyi xidməti və ya bankın Plastik Kartlar şöbəsinə müraciət etməlisiniz.