012931

iBank

İnternet-bankinq — bu, məsafədən bank Xidməti (MBX) texnologiyasının ümumi adıdır, bu halda hesab və əməliyyatlara giriş hüququ istənilən zaman internet girişi olan istənilən kompyuter vasitəsi ilə təmin edilir. Əməliyyatların həyata keçirilməsi üçün brauzerdən istifadə edilir, yəni sistemin proqram təminatının müştəriyə aid hissəsini quraşdırmaq zərurəti yaranmır. 

İnternet-banking-in imkanları: 

  • Milli və xarici valyutada ödənişlərin həyata keçirilməsi.
  • Kurs fərqi ilə və kurs fərqi olmadan hesabdan çıxarış.
  • Plastik kart haqqında məlumatlar (mövcuddursa).
  • Valyuta konvertasiyası (müştərinin həm xarici, həm də yerli valyuta ilə hesabı varsa). 

İnternetlə işləmək təhlükəsizdirmi? 

«OnlineBank» sistemində sizin kompyuterlə və bank serveri arasında verilənlərin mübadiləsinin müdafiə edilən kanallarından, o cümlədən əməliyyatın aparılmasına yalnız bu kimi əməliyyatın hər bir müştəri üçün unikal olan rəqəmli açarla təsdiq edilməsindən sonra icazə verilən rəqəmli imzadan istifadə edilir. 

Banka göndərdiyiniz bütün sənədlər xüsusi müdafiə edilən serverdə saxlanılır və kənardan müdaxiləyə yol verilmir. Bu halda siz özünüz pullarınızın təhlükəsizliyini təmin etmək üçün ödəniş sənədlərinin imzalanmasının qayda və ardıcıllığını müəyyənləşdirə bilərsiniz. 

Internet Banking sisteminə necə daxil olmalı? 

«Internet Banking» sisteminə daxil olmaq üçün cəmi 4 sadə addım atmalısınız: 

1. “Bank Silk Vey” ASC-də hesab açmaq; 
2. Tələbnamə ilə müraciət etmək; 
3. Müqaviləni imzalamaq; 
4. Lazımi avadanlığı almaq: flash card. 

103.17 KBPDF
Hüquqi şəxslər üçün müraciət
126.61 KBPDF
Fiziki şəxslər üçün müraciət