012931

Card bank

"Bank Silk Vey" ASC İnternet şəbəkəsinə qoşulmuş kompüterdən istifadə etməklə Banka müraciət etmədən öz kart hesablarınızı idarə etmək üçün «Card bank» xidmətindən yararlanmağı təklif edir. 

Card Bank nədir? 

Card Bank sisteminin köməyi ilə Siz bütün sutka ərzində real vaxt rejimində öz kart hesabınızı idarə edə və aşağıdakı əməliyyatları həyata keçirə bilərsiniz: 

Kart hesabınızın balansını yoxlamaq
Cari ay ərzində kart üzrə çıxarışlar almaq (cari ay ərzində bütün əməliyyatlar haqqında informasiya verilir)
Əvvəlki aylar ərzində kart üzrə çıxarışlar almaq (seçdiyiniz təqvim ayı ərzində bütün əməliyyatlar haqqında informasiya verilir)
Elektrik enerjisi hesablarını ödəmək
Azercell, Bakcell, Nar Mobile, Azerfon-Vodafon mobil operatorlarının xidmətlərini ödəmək
AzEvrotel, Aztelekom xidmətlərini ödəmək
Azeronline, ADSL, Elcell, Alfanet ADSL internet provayderlərinin xidmətlərini ödəmək
Silk Vey Travel xidmətlərini ödəmək
Pul vəsaitini kartdan karta köçürmək (Card-to-Card)
Kartı bloklamaq 

(Təqdim olunan xidmətlərin siyahısı daima artır) 

Card Bank istifadəçi olmaq üçün nə lazımdır? 

Siz "Bank Silk Vey" ASC plastik kartının sahibisinizsə, Banka müraciət etmədən "Bank Silk Vey" ASC-nin bankomatları (eləcə də, Acericard prosessinq mərkəzi tərəfindən xidmət olunan istənilən digər bankomatlar) və İnternet şəbəkəsinə qoşulmuş kompüterlər vasitəsilə Card Bank istifadəçisi ola bilərsiniz. Bu sistemdən istifadə etmək üçün əlavə proqram təminatı tələb olunmur və istənilən internet-brauzer kifayət edər. 
Sistemdən çıxmaq üçün Banka gəlib bu barədə Ərizə yazmaq lazımdır. 

Tariflər: 

İllik abunə haqqı (xidmətə qoşulmuş hər bir plastik karta görə) – Pulsuz. 
SMS-Bank xidmətinə də qoşulduqda abunə haqqı 1.20 AZN (ayliq) təşkil edir 

Həmçinin bilmək vacibdir: 

Siz "Bank Silk Vey" ASC plastik kartının sahibi deyilsinizsə, Bank sizə plastic kart və Card Bank xidmətinə qoşulma təqdim edə bilər. 
Qoşulma ilə bağlı problemlərin yarandığı halda, müştəri həmçinin “Azericard” prosessinq mərkəzinə, (012) 598 46 97, (012) 598 43 76 telefonlarla sutka ərzində fəaliyyət göstərən müştəri xidmətləri mərkəzinə pulsuz müraciət edə bilər. Bakcell-dən 012 194, Nar Mobile-dan - 194, Azercell-dən - 194 və xaricdən zənglər +994 12 194 pulludur. 

Card Bank sistemi nə dərəcədə təhlükəsizdir? 

“Card Bank” sistemi etibarlı şəkildə müdafiə olunub: 

“Card Bank” sistemində bütün ötürülən informasiya şifrlənir. 
Sistemdə işləyən zaman yalnız “Card Bank” sistemində müəyyən iş seansı ərzində qüvvədə olan birdəfəlik parollardan istifadə olunur. 

Diqqət! 

Sistemin etibarlılığına baxmayaraq, “Card Bank sistemində qeydiyyat və ondan istifadə qaydalarında” göstərilmiş Təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. Bank müştəridən əməliyyatlarla bağlı daxil olmuş hər hansı bir iddialara görə məsuliyyət daşımır. Bütün risk və məsuliyyət kartın sahibi olan müştərinin üzərinə düşür.