012931

Hesab üzrə köçürmələr

Az vaxt  və pul sərf etməklə köçürmə etmək istəyirsiz?

“Bank Silk Vey” ASC-nin ofislərində  yaxınlaşmaqla qanuna zidd olmayan istənilən növ köçürməni qısa müddətdə və minimum komissiya ilə həyata keçirə bilərsiz.

Köçürmə necə rəsmiləşdirilir?

  • Şəxsiyyəti təsdiq edən sənədlə bank işçisinə yaxınlaşın*

  • Benefisiarın rekvizitini təqdim edin və köçürmənin təyinatını bildirin

  • Köçürmə sənədini imzalayın

  • Köçürməni təstiq edən sənədi götürün

Əməliyyatın müddəti – 5 dəqiqə

* Hesab açmadan köçürmə etdikdə – köçürmənin məbləği və komissiyası hesaba mədaxil edilir. Hesab üzrə köçürmə etdikdə – hesabda pul olmadığı halda tələb olunan məbləğ hesab mədaxil edilir.

Köçürülən məbləğ növbəti iş günündən gec olmayaraq benefisiarın hesabına daxil olur.