012931

Mobil Bank

Bu xidmətin köməyi ilə müştəri mobil telefon vasitəsilə əvvəlcədən "MobilBank" xidmətinə qoşulmuş ona məxsus bank kartları üzrə aşağıdakı əməliyyatları apara bilər: 

  • Kommunal xidmətlərin ödənişi 
  • Mobil operator xidmətlərinin ödənişi 
  • İnternet provayderlər xidmətlərinin ödənişi 
  • Pulun kartdan karta köçürülməsi 
  • Kartın bloklaşdırılması 
  • Hesabdan çıxarışın alınması 
  • Kartın balansı haqqında informasiyanın alınması 
  • Cash-By-Code əməliyyatı 

Sistemin üstünlükləri: 

  • Əməliyyatların real vaxt rejimində həyata keçirilməsi 
  • Yerləşdiyi yerdən və vaxtdan asılı olmaması 
  • Banka müraciət etmədən qoşulma imkanı 
  • İstənilən mobil operator nömrəsi ilə qoşulma imkanı 

Məlumatların təhlükəsizliyi: 

  • Bütün ötürülən məlumat şifrələnir 
  • Xüsusi kitabxanalar ötürülən məlumatın təhlükəsizliyinə zəmanət verir 
  • Midlet icazəsiz telefon istifadəsini aradan qaldıran xüsusi PİN kodla təmin olunmuşdur
  • Məlumatlar midletdə saxlanılmır. Hostda yoxlanılır 

Sistemə qoşulma proseduru 

“Bank Silk Vey” ASC plastik kartının sahibi bankomatın menyusunda “Xidmətlər” bölməsini seçir, sonra “Xidmətlər” menyusunda “MobilBank qeydiyyat” bölməsi seçilir, daha sonra bankomatda seriya nömrəsi və komponentlər olan qəbz çap olunur. 

MobilBank xidməti üçün əlavələri Play Market və App Store-dan yükləmək mümkündür.