012931

Card to card

Siz və ya ətrafınızdakılardan kimsə çətin vəziyyətə düşmüş və kart hesabında vəsaitin kifayət qədər olmaması səbəbindən plastik kartdan istifadə edə bilmirsinizsə, bu problemi 1 dəqiqə ərzində həll etmək olar. Kart hesabının valyutası və yerləşmə yerindən asılı olmayaraq “Card to Card” xidmətindən istifadə edin. 

Siz bankomata yaxınlaşmalı və aşağıdakı əməliyyatları yerinə yetirməlisiniz: 

Əməliyyatın aparılmasını PIN-kodu daxil etməklə təsdiq edin.
Menyuda “Card to Card” xidmətini seçin.
Vəsaitin köçürüldüyü kartın onaltı rəqəmli nömrəsini daxil edin.
Kartın nömrəsini təkrar daxil edin (kontrol daxiletmə).
Köçürmə məbləğini daxil edin.
Sizə köçürmənin uğurla sona çatmasını təsdiq edən qəbz veriləcək. 

“Card to Card” xidmətindən istifadəyə görə komissiya Bankın tariflərinə əsasən tutulur. 

“Card to Card” xidmətindən istifadə yalnız “SW Bank” kart sahibləri arasında deyil, həm də “AzeriCard” prosessinq mərkəzində “Card to Card” xidmətinə qoşulmuş partnyor bankların plastik kartları üzrə də mümkündür. 

Beynəlxalq Bank
ATA Bank
Atra Bank
NBC Bank
Bank of Azerbaijan 

AG Bank
Bank Avrasiya 
Bank Respublika
Rabita Bank
Ganja Bank
ABB-Moskva 

Bank Standard
Xalq Bank
Pasha Bank
Bank Nikoyl
Turan Bank