012931

Şəxsiyyəti təsdiq edən sənədlər

Şəxsiyyəti təsdiq edən sənədlərə aşağıdakılar aiddir: 

  1. Şəxsiyyət vəsiqəsi (Azərbaycan Respublikasının vətəndaşları üçün);
  2. Pasport (əcnəbilər üçün);
  3. Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və formada Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə verilən şəxsiyyət vəsiqəsi;
  4. Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə almış vətəndaşlığı olmayan şəxsin daimi qeydiyyatda olduğu digər ölkədə aldığı vətəndaşlığı olmayan şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
  5. Hərbi bilet (həqiqi hərbi xidmətdə olan şəxslər);
  6. Hərbi xidmətə könüllü qəbul edilmiş hərbi qulluqçulara, hərbi vəzifəlilərə və qadınlara (kursantların həqiqi hərbi xidməti hərbi qulluqçularından başqa) onların qəbul olunduğu həqiqi hərbi xidmətin növündən asılı olaraq şəxsiyyəti təsdiq edən müəyyən edilmiş formada verilmiş vəsiqələr;
  7. Kursantların həqiqi hərbi xidmətinə daxil olmuş Azərbaycan Respublikasının vətəndaşlarına verilmiş hərbi bilet.