012931

DYP cərimələrinin ödənişi

Siz “Bank Silk Vey” ASC-nin Baş ofisində və filiallarında yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibatı xətalara görə cərimələrin ödənişlərini həyata keçirə bilərsiniz. 
Cəriməni Bankın baş ofisində və filiallarında ödəmək üçün sürücülük vəsiqəsinin seriyası və nömrəsi, həmçinin qayda pozuntusuna görə tərtib olunmuş protokolun nömrəsi təqdim edilməlidir. 

Internet vasitəsilə ödəniş 

Siz “Bank Silk Vey” ASC plastik kartları ilə yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar törədilmiş inzibatı xətalara görə cərimələrin ödənişlərini İnternet vasitəsilə ödəyə bilərsiniz. 

Səhifənin sağ tərərfində qeyd olunan pəncərəyə daxil olub həmin səhifədə xidmət növünü (Baş Dövlət Yol Polisi) seçib ödəniş etmək mümkündür.Ödəniş üçün ekranda göstərilən təlimatlara riayət edib abunə kodu xanasında sürücülük vəsiqəsinin seriya və nömrəsini qeyd etməlisiniz. Sənəd nömrəsi xanasında isə, protokolun nömrəsini qeyd etdikdən sonra, plastik kartın nömrəsini daxil edib ödənişi həyata keçirtmək mümkündür.