012931

Cari hesablar

"Bank Silk Vey" ASC, Azərbaycan Respublikasının rezidentlərinə və qeyri-rezidentlərinə aşağıdakı valyutalarda hesab açır və müştəridən heç bir komissiya tutulmur. 

Azərbaycan manatı
ABŞ dolları
Avro
İngilis funtu
Rusiya rublu 

İlk öncə cari hesabların müştərilərə nə kimi xidmət göstərdiyindən danışaq. 

Nağd pul vəsaitlərinin hesaba mədaxil və məxarici;
İstənilən məqsədlər, o cümlədən malların, xidmətlərin, həmçinin mobil rabitə xidmətlərinin, hesabların, kommunal haqların və s. ödənişlər üçün pul vəsaitlərinin köçürülməsi;
Konvertasiya əməliyyatlarının həyata keçirilməsi;
Əmanətlər üzrə faizlərin alınması;
Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən cari hesablar üçün nəzərdə tutulmuş digər əməliyyatların həyata keçirilməsi. 

Sadalanan əməliyyatlar “Bank Silk Vey” ASC-nin idarə heyətinin təsdiq etdiyi tariflərə uyğun şəkildə aparılır. 

Fiziki şəxsin hesab açması üçün lazım olan sənədlər aşağıdakılardır: 

  1. Hesab açmaq üçün Ərizə 
  2. Azərbaycan Respubliasının şəxsiyyətini təsdiq edən sənəd 
  3. İmza nümunəsi (bankda verilir) 
  4. Bank hesabı müqaviləsi (bankda verilir, 2 nüsxədə olur) 

Xarici ölkə vətəndaşı olan qeyri-rezidentlərə hesab açmaları üçün tələb olunan sənədlər

  1. Hesab açmaq üçün Ərizə 
  2. Şəxsiyyətini təsdiq edən sənəd və ya müvəqqəti şəxsiyyət vəsiqəsi 
  3. İmza nümunəsi (bankda verilir) 
  4. Bank hesabı müqaviləsi (bankda verilir, 2 nüsxədə olur)