012931

Kreditlər

“Bank Silk Vey” ASC şirkətlərə və sahibkarlara fəaliyyətin genişləndirilməsi və layihələrin maliyyələşdirilməsi üçün biznes kreditləri təklif edir. 

Biznes kreditlər həm dövriyyə vəsaitinin, həm də əsas vəsaitin maliyyələşdirilməsinə yönəldilə bilər. 

Biznes kreditlərinin verilmə şərtləri bir biri ilə bağlı olan faktorlardan asılıdır: kreditin məqsədi, məbləği, müddəti, təminatı, kredit alanın biznesinin növü, maliyyə vəziyyəti, bankla əməkdaşlıq müddəti, kredit tarixçəsi, fəaliyyət göstərdiyi ərazi və sair. 

Biznes kreditləri məbləğindən asılı olaraq 3 qrupa bölünür: 

  • Mikrokreditlər;
  • Kiçik və orta sahibkarlıq fəaliyyəti üçün kreditlər;
  • İri kreditlər; 

Biznes kreditinin alınması proseduru

Müştəri kredit mütəxəssisinə müraciət etməli və onunla biznes kreditinin alınması barədə ilkin danışıq aparmalıdır;
Kredit almaq üçün Bankda ərizə blankını doldurmalıdır;
Kreditin verilməsi məsələsinə baxılmaq üçün zəruri olan məlumatları və sənədləri təqdim etməlidir.;