012931

Rezident hüquqi şəxslərə

Cari və depozit hesabının açılması üçün Azərbaycan Respublikasının rezident-hüquqi şəxslərindən aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesab açılması üçün ərizə;
  2. Hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq edilmiş surəti;
  3. Dövlət qeydiyyatı haqqında sənədin notariat qaydasında təsdiq edilmiş surəti ;
  4. Müvafiq Verqi orqanı tərəfindən verilmiş Şəhadatnamə-dublikatın əsli;( hər hesab üçün verildiyi sonrakı gündən hesablanmaqla 10 gün ərzində qüvvədədir).
  5. müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli; (kommersiya hüquqi şəxslərinin filialları, nümayəndəlikləri və digər ayrıca bölmələri istisna olmaqla)
  6. Notariat qaydasında təsdiq olunmuş imza və möhür numunələri vərəqəsi-2 nüsxədə;
  7. Imza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi; (orqinal möhürlə və əsli ilə düzdür qeyd olunmalıdır)
  8. Səlahiyyətli şəxslərin şəxsiyyəti təsdiq edən sənədlərin sürəti; 

Qeyd: Hüquqi şəxslərin dövlət reyestrindən çıxarış kommersiya hüquqi şəxslərinə, xarici kommersiya hüquqi şəxslərinin filial və nümayəndəliklərinə Azərbaycan Respublikasının Vergilər Nazirliyi, qeyri-kommersiya hüquqi şəxslərə, təhsil müəssisələrinəAzərbaycan Respublikasının Ədliyyə Nazirliyi, dini qurumlara Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilir.

1992-ci il 01 oktyabr tarixinədək müvafiq icra hakimiyyəti orqanlarında, 1996-cı il 01 iyun tarixinədək isə aşağıda göstərilən orqanlarda dövlət qeydiyyatına alınmış şəxslərin dövlət qeydiyyatı haqqında sənədləri Ədliyyə orqanlarının qeydiyyat sənədləri ilə eyni hüquqi qüvvəyə malikdir: 

  1. Sığorta təşkilatları - Nazirlər Kabineti yanında Dövlət Sığorta Nəzarətində; banklar – Mərkəzi Bankda;
  2. Tədris müəssisələri - Nazirlər Kabinetində və Təhsil Nazirliyində;
  3. İcarə müəssisələri, mənzil-tikinti kooperativləri və kəndli (fermer) təsərrüfatları - yerli icra hakimiyyəti orqanlarında;
  4. Kütləvi informasiya vasitələri - Mətbuat və İnformasiya Nazirliyində;
  5. Birgə və tam xarici investisiyalı müəssisələr - Maliyyə Nazirliyində;
  6. Xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri – Xarici İqtisadi əlaqələr Nazirliyində.
217.63 KBPDF
21.09 KBDOCX
20.41 KBDOCX