012931

Qeyri-rezidentlərə bank hesablarının açılması

Qeyri-rezident hüquqi-şəxslərin Azərbaycan Respublikasında filial və numayəndəlikləri üçün:

  1. Hesab açılması üçün ərizə;
  2. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin Azərbaycan Respublikasında dövlət reyestrindən çıxarışın notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
  3. xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş əsasnaməsinin əsli və ya notariat qaydasında təsdiq olunmuş surəti (hesab xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri üçün açıldıqda);
  4. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət orqanının (mərkəzi bankının və ya digər dövlət orqanının) xüsusi icazəsi (bu Qaydaların 7.2.4-cü yarımbəndində nəzərdə tutulmuş qaydada).
  5. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla ( hər hesab üçün verildiyi sonrakı gündən hesablanmaqla 10 gün ərzində qüvvədədir)
  6. Müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli; (qeyri-kommersiya hüquqi şəxsləri olan sığortaedənlər üçün)
  7. Notariat qaydada təsdiq edilmiş imza və möhür nümunələri vərəqəsi;

Qeyri-rezident hüquqi-şəxslərin Azərbaycan Respublikasında filial və numayəndəlikləri olmadıqda:

  1. Hesab açılması üçün ərizə;
  2. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə başqa hal nəzərdə tutulmadıqda, hüquqi şəxs olan qeyri-rezidentin təsis və qeydiyyat sənədlərinin qanunvericiliyə müvafiq qaydada leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surətləri;
  3. Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə nəzərdə tutulduğu halda, hesabın açılması üçün xarici ölkənin müvafiq dövlət orqanının (mərkəzi bankının və ya digər səlahiyyətli orqanın) xüsusi icazəsi; (qanunvericiliyə uyğun leqallaşdırılmış və Azərbaycan dilinə tərcüməsi notariat qaydasında təsdiq edilmiş surəti)
  4. vergi orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan hesabların açılması halları istisna olmaqla ( hər hesab üçün verildiyi sonrakı gündən hesablanmaqla 10 gün ərzində qüvvədədir)
  5. Müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli; (qeyri-kommersiya hüquqi şəxsləri olan sığortaedənlər üçün)
  6. Notariat qaydasında təsdiq olunmuş imza və möhür numunələri vərəqəsi-2 nüsxədə;
  7. Qeyri-rezidentin adından hesab açmaq və hesab uzrə sərəncam vermək hüququ olan şəxslərin səlahiyyətini təsdiq edən sənədlər (qanunvericiliyə uyğun leqallaşdırılmış və Azərbaycan dilinə tərcuməsi notariat qaydasında təsdiq edilmiş surəti), həmin şəxslərin şəxsiyyəti təsdiq edən sənədlərin sürəti;