012931

Filialları nümayəndəlikləri

Cari və depozit hesabının açılması üçün Azərbaycan Respublikasının hüquqi şəxslərinin filialları, nümayəndəlikləri və digər ayrıca bölmələrindən aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunur: 

  1. Hesabın açılması üçün ərizə;
  2. Baş təşkilatın (hüquqi şəxsin) dövlət qeydiyyatına alınması haqqında sənədin notarial qaydada təsdiq olunmuş surəti;
  3. Filialın, nümayəndəliyin, digər ayrıca bölmənin yuxarı təşkilatı tərəfindən təsdiq edilmiş nizamnaməsinin (əsasnaməsinin) əsli və ya notarial qaydada təsdiq edilmiş surəti. Nümunəvi nizamnamə (əsasnamə) əsasında fəaliyyət göstərən qurumlar nizamnaməsinin (əsasnaməsinin) nümunəvi olduğunu təsdiq edən sənədi təqdim edir;
  4. Müvafiq dövlət sosial sığorta orqanı tərəfindən verilmiş şəhadətnamə-dublikatın əsli (kommersiya hüquqi şəxslərinin filialları, nümayəndəlikləri və digər ayrıca bölmələri istisna olmaqla);
  5. Müvafiq Verqi orqanı tərəfindən verilmiş Şəhadatnamə-dublikatın əsli; (hər hesab üçün verildiyi sonrakı gündən hesablanmaqla 10 gün ərzində qüvvədədir).
  6. Notarial qaydada təsdiq olunmuş imza və möhür nümunələri vərəqəsi-2 nüsxədə;
  7. İmza nümunələrində təsdiq edilmiş şəxslərin vəzifəyə təyin olunması barədə daxili əmrin nüsxəsi; (original möhürlə və "əsli ilə düzdür" qeyd olunmalıdır)
  8. Səlahiyyətli şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərin surəti;