012931

Korporativ kartlar

“Bank Silk Vey” ASC, Bankın korporativ müştərilərinin əməkdaşları tərəfindən istifadə edilmək üçün VİSA və Master Card kimi iki aparıcı beynəlxalq ödəniş sisteminin korporativ kredit kartını buraxır.

Əmək haqqı layihələri 

“Bank Silk Vey” ASC təşkilatlara əmək haqqının və ona bərabər tutulan digər ödənişlərin təşkilatların əməkdaşlarının kart hesablarına nağdsız köçürülməsi xidmətlərini təklif edir. “Əmək haqqı layihəsi” xidmətləri çərçivəsində Bank VISA: Electron, Classic, Gold; MASTERCARD: Maestro, Standard, Gold kartlarının buraxılmasını təşkil edir. Təşkilatın əməkdaşlarının kart hesabı manat, dollar, yaxud Avro ilə açıla bilər. 

Xidmətlərin əsas üstünlükləri: 

Təşkilatların rəhbərləri üçün beynəlxalq bank kartlarından istifadə etməklə əmək haqqı layihəsinin həyata keçirilməsi aşağıdakı imkanları verir 

Əmək haqqının verilməsi prosesini avtomatlaşdırmaq və sadələşdirmək;
əmək haqqı ödənişlərinin təşkili ilə bağlı xərclərin ixtisara düşməsi;
nağd pul vəsaitlərinin daşınması və saxlanılması zamanı meydana çxıan təhlükəsizlik məsələlərini həll etmək;
şirkətlərin mühasibatlıq şöbələrinin həyata keçirdiyi kassa əməliyyatlarını azaltmaq;
uzun müddətli ezamiyyətdə olan və ya təşkilatda olmayan işçilərin əmək haqqını vaxtında ödəmək. 

Təşkilatların işçiləri üçün əmək haqqının kart hesabına köçürülməsi aşağıdakı imkanları yaradır 

istənilən zaman əmək haqqını seçilən ödəniş sistemi üzrə karta xidmət göstərən istənilən bankomatdan almaq (Azərbaycan Respublikasının ərazisində və ya xaricdə);
bank kartını güzəştli şərtlərlə almaq;
Bankın bankomatlarında nağd pul vəsaitlərini komisyon haqqı olmadan almaq;
Xaricə getdikdə kart hesabına köçürülən pul vəsaitlərini bəyan etmək zərurətinin olmaması;
SMS-xidmət-ə qoşulmaq;
Bankın bankomatlarında və ya bank saytında kommunal xərcləri, mobil rabitə xidmətlərini və peyk TV xidmətlərini ödəmək;
Visa International və Master Card Worldwide kimi beynəlxalq ödəniş sistemlərinin həyata keçirdiyi müxtəlif proqramlarda və aksiyalarda iştirak etmək;
İnternet vasitəsi ilə "Card Bankinq" sisteminin köməyi ilə kart hesabını idarə etmək:.