012931

Müraciət

Müraciətlərə Baxılma Bölməsinin işi bank xidmətləri istehlakçılarının hüquqlarının səmərəli müdafiə mexanizmlərinin formalaşdırılması, istehlakçılarla münasibətlərin tənzimlənməsi, müraciətlərinə baxılması və cavablandırılması, istehlakçılarla mübahisələrin operativ və effektiv həll edilməsi işlərini təşkil etmək, bununla da istehlakçılarla bank arasında yarana biləcək hüquqi mübahisələrin qarşısının alınmasına, banka ictimai inamı gücləndirməyə və nüfuz risklərinin azaldılmasına nail olmaqdan ibarətdir. İstehlakçıların müraciətlərinin qəbulu aşağıdakı formalarda həyata keçirilir: 

Şifahi müraciət 

  • Banka birbaşa yaxınlaşmaqla (iş günləri saat 9:00-dan 18:00-dək); 
  • Bankın qaynar xətt nömrəsinə zəng vurmaqla 012 404 80 00 daxili 4291

Yazılı müraciət

  • Yazılı müraciəti birbaşa Banka təqdim etməklə; 
  • Bakı şəhəri, Nərimanov rayonu, ak. Həsən Əliyev 131A ünvanında yerləşən baş ofisinə və ya hər hansı filial və ya bölməsinə birbaşa yaxınlaşaraq təqdim etməklə. 

Online müraciət

Müraciətlərə baxılma bölməsinin rəhbəri - Lalə Hadiyeva Rasim qızı.

İstehlakçıların müraciətləri ən geci 10 iş günü ərzində cavablandırılır və bölmə tərəfindən ona göndərilir. İstehlakçıların müraciətlərinə cavablar imza səlahiyyəti olan İdarə Heyətinin üzvü tərəfindən imzalanır. Hərəkətlərindən şikayət edilən şəxs müraciətləri cavablandırmır. İstehlakçıların müraciətləri əlavə araşdırma tələb edərsə müraciətlərin cavablandırılması 20 iş gününədək uzadıla bilər. Bu zaman, bölmə tərəfindən istehlakçıya araşdırmanın gecikmə səbəbləri, atılacaq növbəti addımlar və cavabın hazır olacağı son tarix aydın şəkildə izah olunur. Araşdırma zamanı əlavə sənədlərin təqdim olunması tələb olunursa bununla bağlı istehlakçıya məlumat verilməli, sənədlərin təqdim olunması üçün son tarixlər göstərilməlidir. 

İstehlakçılar Bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsədilə Banka təkrar müraciət edə bilərlər.

İstehlakçılar Bankın cavabı ilə razılaşmadıqda və şikayətin yenidən araşdırılması məqsəd ilə Banka təkrar müraciət edə bilərlər. İstehlakçılar yenidən Bankının cavabı ilə razılaşmadıqda Azərbaycan  Respublikasının Maliyyə  Bazarlarına  Nəzarət  Palatasına (internet vasitəsi ilə  info@fmsa.az , telefon vasitəsi ilə qaynar xəttə (+99412 493 50 58), poçt vasitəsi ilə AZ-1000, Azərbaycan Respublikası  Bakı şəh., Bülbül prospekti, 27 ünvanına ) və ya məhkəməyə  müraciət etmək hüquqlarına malikdirlər.

 

 

183.26 KBPDF
2015-ci il ərzində istehlakçıların müraciətlərinin statistikası
17.51 KBDOCX
İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydaların Qısa İcmalı
112.80 KBDOCX
İstehlakçıların müraciətlərinə baxılmasına dair Qaydalar
10.97 KBXLSX
2016-cı il ərzində istehlakçıların müraciətlərinin statistikası
11.49 KBXLSX
2017-cı il ərzində istehlakçıların müraciətlərinin statistikası

Müraciət et

Tam ad
Ünvan
Telefon
E-mail
Yaş
Cins
Müraciət edən
Müraciətin tipi
Məhsul və xidmətlər
Müraciətin spesifik məzmunu
Müraciətin növü
Müraciət

Təşəkkür edirik!

Sizin məktubunuz qəbul olundu!

Yenidən göndər