012931

Missiyamız

       Bizim məqsədimiz:

  • Keçirilən maliyyə əməliyyatlarının səmərəliliyi və innovasiyalar əsasında məqsədli müştəri qruplarına xidmət bazarında dayanaqlı rəqabət mövqeyini təmin etməkdir. 
  • Yeni texnologiyaya malik olan, innovativ universal bank statusunu möhkəmləndirmək və inkişaf etmək.
  • Qənaətbəxş müştəri sayını artırmaq və müştəri məmnuniyyətini təmin etmək.
  • Müştərilərə sərfəli və keyfiyyətli bank xidmətlərini təklif etmək.
  • Universal bankçılıq sahəsində daha səmərəli işləmək.
  • Bankın əsas maliyyə göstəricilərini möhkəmləndirmək və inkişaf etmək.
  • Müxbur hesablarının sayını və keyfiyyətinin artırılmasını təmin etmək.
  • Kredit, debit kartları vasitəsilə Azərbaycanda nağdsız bank hesablaşmaları sahəsinin inkişafı prosesində mühüm rol oynamaq.
  • Məsafəli bankçılığın mövqeyini möhkəmləndirmək və inkişaf etmək.

Faydalılıq
Biz hər gün bütünlükdə cəmiyyət, müştəri və partnyorlarımız üçün öz faydalılığımızı təsdiqləyərək fəaliyyətimizə görə mükafat alırıq. Biz fəxr edirik ki, müştərilərimizin uğurlu inkişafına və Azərbaycanın iqtisadi potensialının yüksəldilməsinə kömək edən işlə məşğul oluruq. 

Peşəkarlıq
Biz daima heyətimizin ixtisasartırmasının qayğısına qalırıq. "Bank Silk Vey" ASC-nin işçisi dərin biliyə malik, öz işinə sadiq və Bankın hər bir müştərisinə kömək etməyə hazır olan şəxsdir.