012931

Azərbaycan Respublikasında bank sektoru ən stabil və dinamik inkişaf edən sahələrdən biridir. Ölkə iqtisadiyyatı yalnız neft sektoru hesabına deyil, həmçinin sənaye və digər sahələrin sayəsində də inkişaf edir. Bildiyimiz kimi son dövrlərdə neft sektorunun ölkə iqtisadiyyatındakı payı azalmağa başlamışdır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi və ixrac potensialının gücləndirilməsinin hədəflənməsi istiqamətində Azərbaycan dövləti bir sıra tədbirlər görməkdədir.  Ölkəyə idxal olunan sənaye avadanlıqlarının vergi, gömrük və digər rüsumlardan azad olunmasına və ya daha münasib şərtlərlə tətbiq olunmasına dair qəbul edilmiş qərarlar bunun bariz nümunəsidir.

Azərbaycanda pərakəndə bank xidmətlərinin bazarı kiçik artım templəri ilə inkişaf etməkdədir. Onun sonrakı inkişafına aşağıdakı amillər xidmət edə bilər: əhalinin banklara etibarının artması, qanunların təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsi. Müntəzəm surətdə aparılan marketinq tədqiqatlarının nəticələrinə əsasən bazarın tələbatına uyğun məhsul və xidmətlər portfelinin formalaşması xidmət keyfiyyətinin yüksəldilməsi bank fəaliyyətinə çox müsbət tövfələr verə bilər.  Məlum olduğu kimi, istənilən bazar tələbat və təklif münasibətləri və adekvat qiymət əsasında xarakterizə oluna bilir. O bazarlar perspektivli  olacaqdır ki, orada ödəmə qabiliyyətli tələbatlar təkliflər üzərində üstünlük təşkil edəcəkdir.

“BANK SİLK VEY”ASC-nın əsas hədəf planı (əldə edilən mənfəət və səhmdar sərmayəsi hesabına) nizamnamə kapitalının artırılması, nüfüzlü banklarla rəqabətin gücləndirilməsi, biznesin inkişafı və ən əsası bankın imicinin qorunmasına yönəldiləcəkdir. Bununla yanaşı  Bank, xarici iqtisadi  əlaqələrinin və fəaliyyətinin genişləndirilməsi məqsədilə  xidmət sahələrinin şaxələnməsini  (müxbir əlaqələr, xarici  ölkələrdə nümayəndəliklər və s) planlaşdırır. Burada əsas məqsəd müştərilərə yerli və xarici valyutalarda məhdudiyyətsiz xidmət göstərməkdən ibarətdir. Bankın müştəri bazası əsasən iqtisadiyyatın hava nəqliyyatı sektoruna fokuslaşmışdır. Bütün növ bank xidmətlərini əhaliyə yüksək keyfiyyət, şəffaf münasibət  və səviyyəli xidmətlə təklif etmək Bankın əsas prioritetlərindəndir.

Bankın əsas prinsipləri etibarlılıq, likvidlik və müstəqillikdir və bank öz fəaliyyət dövrü ərzində bu prinsiplərə sadiq qalacaqdır. Bankımız üçün əsas strateji prioritet aşağıdakı vəzifələri həyata keçirməklə onun sərmayə cəlbediciliyini və gəlirliliyini artırmaqdır:

  • İtkilər riskini azaltma məqsədi ilə aktivlər strukturunun optimallaşdırılması- Fəaliyyətin əsas 3 istiqaməti olan korporativ biznes, özəl bank xidməti və banklararası əməliyyatlar arasında proporsiyaların optimal paylaşdırılmasıdır.
  • Qeyri-mənfəətli aktivlərin daha qənaətli xidmət növlərinə keçirilməklə əməliyyatların səmərəliliyinin artırılması.
  • Fəaliyyətin itkisizliyinə və bankın kapitallaşdırılmasının yüksək səviyyədə təmin olunmasına imkan verən xərclərin optimallaşdırılması.
  • Xidmət keyfiyyəti, idarəetmə və işqüzar etikanın standartlarını yüksək səviyyədə təmin etmək məqsədi ilə idarəetmə strukturunun təkmilləşdirilməsi.

Hazırda bankımızın krediti portfelinə görə ölkənin bank bazarındakı payı təqribən 2%  depozit portfelinə görə isə 1.5%-təşkil edir. Yaxın gələcəkdə bu göstəricələrin 3% və 2% intervalınadək yüksəlməsi nəzərdə tutulur. Orta müddətli perspektivdə biz bu göstəriciləri müvafiq olaraq qaldırmağı nəzərdə tutmuşuq. Həmçinin, risklərin minimum həddə endirilməsində bank , beynəlxalq təcrübəyə əsaslanaraq Compliance sistemləri və riskin idarəolunmasına xüsusi diqqət ayırır.

Biz, müştəriləri və səhmdarlarımızın mövqe və mənafeyindən çıxış edərəkonlara beynəlxalq səviyyəli maliyyə xidmətləri təklif edirik.

Biz, ən böyük dəyərimiz olan müştərilərimizin etibarını qorumaq üçün çalışırıq.

Biz, maliyyə bazarlarında dayanıqlı mövqe, beynəlxalq təcrübə və miqyası cəmləşdirə bilmişik. Bu bizim güc və güvənimizin zəmanətidir.

Biz, hər kəslə aydın və şəffaf əməkdaşlığa istiqamətlənmişik.

Biz, mövcud olduğumuz maliyyə seqmentləri sayəsində istənilən mürrəkkəblikdə kompleks və alternativ həllər təklif edirik.

Biz, vahid peşəkarlar komandası ilə güclüyük, onun hər birüzvünün bilik, potensial, enerji və yaradıcılığı komandamızı güclü və unikal edir.

 

İdarə Heyətinin Sədri - Elçin Əhmədov