012931

SW Bank Mastercard® kartları ilə Disneyland® Paris-ə ailəvi səyahət etmək şansı qazanacaqsınız

01 Oktyabr 2018

SW Bank Mastercard kartınızla “Priceless Specials” proqramına daxil olan satış və xidmət nöqtələrindən alış-veriş edin və ailənizlə Disneyland® Paris-də unudulmaz anlar keçirmək şansı əldə edin.

Lotereya iştirakçılarını başqa dəyərli hədiyyələr də gözləyir — 5 qalibə iPhone X təqdim olunacaq.

Kampaniyanın şərtləri:

  • SW Bank Mastercard® kartları ilə “Priceless Specials” partnyorlarından (partnyorlar www.mastercard.az saytında sadalanıb) edilən hər bir alış-veriş lotereyada iştirak etmək üçün 1 şansa bərabərdir. Nə qədər çox əməliyyat edirsiniz, bir o qədər şansınız artacaq!

 

  • Səyahət turuna daxildir: 4 nəfərə qədər yaşayış yeri (2 böyük və 2 uşaq) (Disney otelində 2 gecə/3 gün üçün 1 otaq), hər iki parka giriş biletləri, VİP sürətli keçid (sırada gözləməmək üçün), 820 Avro dəyərində qida, içkilər və alış-veriş vauçeri (4 nəfərə qədər ailə üçün), uçuş biletləri. Bu paket 2019-cu il aprel ayının sonuna qədər qüvvədədir.

 

  • Kampaniyada iştirak etmək üçün qeydiyyatdan keçmək tələb olunmur. Kampaniya www.mastercard.az saytında qeyd olunan “Priceless Specials” partnyorlarının POS-terminallarından SW Bank Mastercard və ya Maestro kartı ilə ən azı 1 manat məbləğində ödəniş edən müştərilərə şamil olunur.

 

  • Kampaniya 1 oktyabr – 30 noyabr 2018-ci il tarixləri arasında etibarlıdır.

 

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!