012931

“SW Bank” ilə bu yay istirahət etmək daha sərfəli oldu!

01 May 2017

"SW Bank"ın Miles kartları ilə Amburanda ödəniş edin, 25%-dək endirim qazanın. Üstəlik Amburanda miles kartları ilə etdiyiniz ödənişlər sizə 2 qat ballar qazandıracaq.

Endirimlər haqqında daha ətraflı: "Visa Platinum Miles" kartları üçün giriş haqqına 25 % endirim. "Visa Gold Miles", "MC Gold Miles", "Visa Classic Miles" və “MC Standard Miles” kartları üçün giriş haqqına 15 % endirim. Həmçinin bütün bank miles kartlarına Lemon Bar, Bianco Bar, Amburan Round və Evde Amburan restoranlarında 10% endirim təqdim olunacaqdır.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır.

Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.