012931

Elektron ticarətin inkişafı

04 Dekabr 2017

2015-2016-cı illər ölkənin maliyyə sektoru üçün güclü sarsıntılar ili kimi yadda qaldı. Valyuta kurslarının kəskin tərəddüdləri, vətəndaşların etibarı ilə bağlı böhran, problemli kreditlərin artması, depozit axını, bankların müflisləşməsi - bütün bunlar aydın reallığa çevrildi. Bazar güclü və zəif oyunçuları ortaya çıxardı.

Hazırkı vaxtda, Bank Silk Way, qeyd olunan problemlərə baxmayaraq, ölkədə 10 ən təhlükəsiz bankdan biri kimi özünü göstərir. Bank kredit portfeli baxımından da ən iri banklardan biridir. Risklərin düzgün idarə olunması və ilk növbədə portfelin kəmiyyət artımından daha çox keyfiyyət artımı ilə bağlı güclü inkişaf strategiyası sayəsində, bank öz bazar mövqeyini saxlamağa və gücləndirməyə müvəffəq oldu.

Digər məsələlərlə yanaşı, hazırda Bank Silk Way öz strategiyası çərçivəsində vətəndaşlara maraqlı və aktual həllər təklif etməklə öz portfelini pərakəndə satış sektoru istiqamətində fəal surətdə diversifikasiya edir.

Bank Silk Way-n son tendensiyaları barədə bankın Müşahidə Şurasının sədri Elçin Əhmədovla söhbət etdik.

- Bank Silk Way özünün Azərbaycanın maliyyə sektorunda baş verən sarsıntılara qarşı davamlı olduğunu göstərdi. Bu nə ilə bağlıdır və bunun üçün hansı tədbirləri görürsünüz?

 

– İlk növbədə qeyd etmək istərdim ki, bankın risk idarəçiliyinin əsas məqsədi riskləri minimuma endirməkdir. Bankımızın xidmətlərinin adından da aviasiya daşımaları sənayesi ilə sıx bağlı olduğumuz aydın olur. Əsas müştərilərimiz məhz aviaşirkətlər olduğundan, kreditlər üzrə hesablanmış faizlərdən əldə edilən gəlirlərin və xidmət müqabilində komissiya ödənişlərinin əsas hissəsi də məhz onların payına düşür.

Gördüyünüz kimi, bank əsasən korporativ müştəriyə yönəlmişdir. Lakin, Miles kartlarının buraxılması ilə, bu istiqamət tədricən pərakəndə müştərilərə doğru dəyişməkdədir.

– Kredit portfeli ilə bağlı problemlərdən necə yaxa qurtara bildiniz? Gələn il kreditləşmə ilə bağlı strateji məqsədləriniz nədən ibarətdir?

– Kredit portfeli ilə bağlı qurulmuş səriştəli siyasət bu problemlərin aradan qaldırılmasına səbəb olmuşdur.

Biz həmişə sağlam kapitallaşma mövqeyinə sadiqik. Biz heç vaxt ağlasığmaz rəqəmlərin arxasına düşmürük. Bizim üçün, faiz gəlirlərinin real pul daxilolmalarına çevrilməsi daha vacibdir. Buna görə də, əsasən etibarlı korporativ müştərilərlə əməkdaşlıq etməklə uzun müddət ərzində öz kredit portfelimizi sağlamlaşdırmağa çalışmışıq. Bundan əlavə, bazarda bəzi bankların iflasa uğramasının səbəbləri qismən faiz gəlirlərinin bilərəkdən artırılması ilə bağlıdır ki, bu da faktiki olaraq onların real pullarını heç bir şəkildə artırmamışdır. Bu sabun köpüyü gec-tez partlamalı idi.

Önümüzdəki il üçün strateji məqsədlərimiz korporativ müştərilər üçün kredit portfelini artırmaqla yanaşı, həm də pərakəndə xidmətlərin payını bir neçə dəfə artırmaqdan ibarətdir. Beləliklə, pərakəndə bankçılıq sahəsində aktivlərimizi tədricən artırırıq: bu, qismən ölkəmizdə analoqu olmayan Miles kartlarının əhali arasında populyarlaşması ilə də bağlıdır.

– Miles kartlarını necə populyarlaşdıra bildiniz? Bu kartlarla hansı kampaniyaları həyata keçirirsiniz?

 

– Təkcə 2017-ci ilin birinci yarısında bankımızın müştəriləri tərəfindən təxminən 4,300 Miles kartı sifariş edilmiş, onlardan 600-dən çoxu - Visa Platinum Miles kartları olmuşdur.

Adi debet kartlarından fərqli olaraq, Miles kartları öz spesifikasiyasına görə müştərilərin nağd vəsait dövriyyəsini azaldır və qeyri-nağd vəsait dövriyyəsini isə artırır, çünki bonuslar yalnız sözü gedən kart vasitəsilə olunan nağdsız ödənişlər müqabilində verilir. Bu kartlar bütün dünyada, Visa və MasterCard ödəniş sistemlərinin mövcud olduğu hər yerdə, həmçinin İnternetdə də istifadə edilə bilər. Bu kart vasitəsilə AZAL aviaşirkətinin təyyarə reyslərinə bilet alarkən, uçuşa və kartdan bilet alışı zamanı istifadəyə görə balansınıza millər köçürülür və “ekonom” xidmət səviyyəsini “biznes” xidmət səviyyəsinə pulsuz dəyişmək imkanı əldə edirsiniz.  Bundan əlavə, kartı əlavə komissiya tutulmaları olmadan istənilən, hətta xırda alış-veriş zamanı mağazalarda da istifadə etmək olar.  Hər bir alış müqabilində dünyanın hər hansı valyutası ilə hesablama aparılarkən balansınıza avtomatik olaraq millər əlavə olunur. Bütün bu aspektləri nəzərə alaraq qeyd etmək lazımdır ki, sözü gedən məhsul nağdsız ödənişlərin inkişafına təkan verməklə ölkə iqtisadiyyatına müsbət təsir göstərir. Birgə ödəniş kartı bank kartının üstünlüklərini və AZAL Miles proqramı iştirakçısının imtiyazlarını özündə birləşdirir.

Biz müştərilərimizə müəyyən güzəştlər və endirimlər təmin edən müxtəlif tədbirləri və kampaniyaları fəal şəkildə həyata keçiririk. Ötən ilin yayında aksiya keçirtdik. Aksiyanın gedişində hesabına 10-15 min manat, ABŞ dolları və ya avro pul qoyan müştəriyə MasterCard Gold Miles, Visa Gold Miles və Visa Platinum Miles kartları hədiyyə olunurdu.

2016-cı il 10 oktyabr tarixindən 2017-ci il 1 aprel tarixinədək, Bank Silk Way MasterCard-la birgə “MasterCard Miles 1 + 1” kampaniyasını həyata keçirmişdir. Kampaniyanın şərtlərinə əsasən, MasterCard Gold və MasterCard Standard kartlarının sahiblərinə ikinci kart hədiyyə olaraq verilirdi. Hədiyyə kartı müştərinin istəyi ilə onun öz adına və ya yaxınlarının adına rəsmiləşdirilirdi. Kart 2-3 il müddətinə pulsuz xidmətlə birlikdə verilirdi (istənilən valyutada: AZN, ABŞ dolları və ya avro). Kampaniya zamanı hədiyyə balları ikiqat hesablanırdı: MC Standard Miles - 200 bal, MC Gold Miles - 400 bal.

2017-ci ilin 15 may tarixindən 15 avqust tarixinədək Bank Silk Way Visa International ilə birgə kampaniya keçirmişdir. Kampaniyanın gedişində Visa Classic Miles, Visa Gold Miles və Visa Platinum Miles kartlarını almış müştərilər üçün ikinci kart hədiyyə olaraq təqdim edilirdi. Müştərilərə həmin kartı öz adlarına və ya hər hansı digər şəxsin adına rəsmiləşdirmək imkanı verilirdi. Hədiyyə kartına (iki valyutada verilirdi: manat və ya ABŞ dolları) 2 və ya 3 il müddətində pulsuz xidmət göstərilirdi. Visa Miles kartını əldə etdikdə müştərilərə aşağıdakı imtiyazlar verilir: SW Club endirim kartından ilkin istifadə zamanı 100-300 bal, Duty Free endirim kartı, Şengen zonasında sığorta şəhadətnaməsi və kartın kuryer xidməti vasitəsilə çatdırılması.

Bundan başqa, müştərilərimiz bankımızın www.banksilkway.az saytı vasitəsilə kartları onlayn sifariş etmək imkanına malikdirlər.

– Bank Silk Way tərəfindən pərakəndə müştərilərin cəlb edilməsi və rahatlığı üçün hansı digər tədbirlər həyata keçirilir?

– 26 iyul 2017-ci il tarixində Bank Silk Way ASC 30 000-ci bank kartını əldə etmiş müştərini təbrik etmişdir. Həmin müştəriyə sifariş verdiyi Visa Gold Miles kartı pulsuz çatdırılmış, eləcə də bank tərəfindən müxtəlif hədiyyələr təqdim edilmişdir. Qalib “Azerconnect” şirkətinin əməkdaşı Abbasova Aygün Fəxrəddin qızı olmuşdur.

2017-ci ilin iyul ayından etibarən Bank Silk Way Avropa ölkələrdə edilən alış-verişdən ƏDV-lərin geri ödənilməsi üçün yeni maliyyə xidmətini - TaxFree4U xidmətini təqdim etmişdir. Artıq, Bank Silk Way kartının sahibləri bəyannamələrin doldurulmasına və uçuşdan əvvəl növbələrə durmadan ən qısa müddətdə 19%-dək ƏDV-ni geri almaq imkanına malikdirlər. TaxFree4U tətbiqini yazmaqla swbank promo-kodunu daxil edən Bank Silk Way kart sahibləri geri alınan ilk ƏDV-yə görə əlavə 5 avro əldə edirlər.

2017-ci ilin mart ayında Bank Silk Way müştərilərin rahatlığını təmin etmək məqsədilə Bakı şəhərinın Yasamal rayonunda Əbdürrəhim bəy Haqverdiyev küçəsi, 74A ünvanında (Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yuxarısında) yaradılmış “Elektron şöbəsini” istifadəyə vermişdir.

Sutkada 24 saat və həftədə 7 gün fəaliyyət göstərən “Elektron şöbədə” müştərilər Cash-in bankomatlarından və avtomatik valyuta mübadiləsi terminallarından istifadə edə bilərlər. Şöbədə pul vəsaitlərinin karta köçürülməsi (Cash-in) və pul vəsaitlərinin nağdlaşdırılması üzrə əməliyyatlar həyata keçirmək mümkündür. Cash-in əməliyyatı karta bir dəfəyə maksimum 50 banknot yükləməyə imkan verir. Avtomatik valyuta mübadiləsi terminallarında manat və dollar valyutası qəbul edilir və əvəzində manat və dollar valyutasında banknotlar əldə etmək mümkündür. Qeyd olunan ünvanda ödəniş terminalları da quraşdırılmışdır. Ödəniş terminalları vasitəsilə kreditlər və kommunal xidmətlərlə bağlı ödənişlər etmək mümkündür.

Qeyd edək ki, bundan sonra da şəhərin mərkəzində gündə 24 saat və həftədə 7 gün fəaliyyət göstərəcək bu cür şöbələr açılacaq və istismara veriləcəkdir.

Bank Silk Way ölkəmizdən çıxarkən müştərilərin vəsaitlərini tax-free əsasında geri qaytarmaqla ölkəmizin vergi orqanlarının yeganə agentidir. Bankımızın təcrübəsini nəzərə alaraq, Vergilər Nazirliyi bizi 2017-ci ildə iki (mart və oktyabr-noyabr aylarında) Bakı alış-veriş festivalına xidmət göstərməyə dəvət etmişdir. Bankamız vasitəsilə həmin festivala qatılan alıcılara ödənilən faizlər uğurla geri qaytarılmışdır.

Nağdsız hesablaşmalarla bağlı yeni qanunvericiliyin tələblərinə uyğun olaraq, bankımız tərəfindən bir sıra ən iri turist agentliklərində pərakəndə müştərilər tərəfindən turpaketlərin alınması zamanı nağdsız hesablaşmaların təşviq edilməsi və sadələşdirilməsi məqsədilə elektron kassalar quraşdırılmışdır.

Həmçinin bu ilin sonunadək SW PAY yeni milli ödəmə sistemini tətbiq etməyi planlaşdırırıq. Sistemin əsas üstünlüyü ondan mobil tətbiq formatında və dünyanın istənilən nöqtəsində istifadə etmək imkanı ilə bağlıdır.

Hazırda İnternet bankçılıq və mobil bankçılıq üzrə elektron tətbiqləri müasirləşdirmək istiqamətində tədbirlər görülür.

– SW Club endirim kartı nədir?

– Miles kartlarının bütün istifadəçiləri SW Club endirimli kartı əldə edirlər. SW Club endirim kartı vasitəsilə ölkəmizdəki 50 ən böyük otel, 49 elit restoran, 43 brend dükan və 20-dən çox sağlamlıq mərkəzində 5%-dən 30%-dək endirim əldə etmək mümkündür. Bu siyahı daha da artırılacaqdır.

– Nəhayət, söhbətimizin sonunda bilmək istərdim ki, növbəti ildə Bank SW tərəfindən pərakəndə müştərilərə tətbiq olunacaq digər hansı yeniliklər gözlənilir?

– 1 dekabr 2017-dən 1 mart 2018-dək Visa Gold Miles və Visa Platinum Miles alışı üçün endirim kampaniyası tətbiq ediləcək.

Həmçinin, 2018-ci ilin əvvəlindən MasterCard Black Edition Miles premium kartı buraxmaq planlaşdırılır. Belə ki, Premium kartın sahibi yuxarıda qeyd olunan kartların sahiblərinə nisbətən daha çox üstünlüklər əldə edəcəklər:

• kartdan ilkin istifadə zamanı müştərinin balansına əlavə 500 mil daxil ediləcək;

• MasterCard şirkətinə məxsus olan və bir çox ölkələrin paytaxt və iri şəhərlərində hava limanlarında fəaliyyət göstərən MasterCard Lounge zallarından pulsuz istifadə imkanı;

• LoungeKey – 600-dən çox beynəlxalq hava limanında birinci dərəcəli və VIP kateqoriyalı zallardan istifadə imkanı;

• MC Concierge – kart sahibinə xaricdə olarkən otellərin bronlanması, qapalı şənliklərə və klublara, yaradıcılıq gecələrinə və film premyeralarına, moda butiklərinə giriş məqsədilə 365/24/7 rejimində kömək üçün müraciət etmək və bir sıra digər imkanlar təmin edən fərdi yardım xidməti;

• Travel Assistance  xidməti  – səfər etdikləri ölkə haqqında ətraflı məlumat, viza və digər hüquqi yardımlar, valyuta məzənnələri haqqında məlumat, itirilmiş baqajı tapmağa və qaytarmağa kömək və digər xidmətlər;

• Duty free və SW Club endirim kartını hədiyyə kimi əldə etmək;

• Xaricə səyahət edənlər üçün illik sığorta vəsiqəsi (Şengen zonası).