012931

Bank Silk Way "VISA International 1+1" adlı yeni kampaniyasına start verir.

15 May 2017

“Bank Silk Way” - “Visa İnternational" şirkəti ilə birgə 15 May – 15 Avqust 2017-ci il tarixlərində yeni kampaniyaya start verir.

Kampaniyanın şərtlərinə görə Visa Classic Miles, Visa Gold Miles və Visa Platinum Miles kartlarını əldə etmiş müştərilərə eyni adlı ikinci kart hədiyyə olaraq təqdim olunacaq. Hədiyyə üçün nəzərdə tutulmuş kartı öz adınıza və ya seçim etdiyiniz insanın adına sənədləşdirmək olar. Hədiyyə kartı 2 və yaxud 3 il müddətinə pulsuz xidmət ilə veriləcək (AZN və ya USD valyutalarında açıla bilər).

«Visa Miles» kartının sahibi olmaqla siz aşağıdakı imtiyazları əldə edirsiniz:

Visa Classic Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 100 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 5 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 10 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə alacaqsınız.

Visa Gold Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 200 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4,5 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 9 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Visa Platinum Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 300 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 8 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • «Duty free» endirim kartı hədiyyə;
  • Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına);
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Qeyd: SW Club endirimlər təklif edən unikal proqramdır. Ödənişləri «miles kartları» ilə həyata keçirin - endirimlər əldə edin və çoxlu millər qazanın.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır.

Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır.

Miles balları toplayaraq, aşağıdakı mükafatları ala bilərsiz:

  • Aviaşirkətin təqdim etdiyi pulsuz aviabiletin (biznes və ekonom sinifi) əldə edilməsi;
  • "N" və ya "Y" ekonom sinfindən "A" biznes sinifinə pulsuz artırılması.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!