012931

Bank Silk Way-dən yeni “SWPay” ödəmə terminalları

27 İyul 2018

Bank Silk Way-in uğurlu lahiyələrindən biri olan “SWPay”, nağdsız hesablaşmaları təmin etmək və müştəri xidmətinin səviyyəsini yüksəltmək üçün yaradılmışdır.“SWPay” ödəniş terminalları ilə ən müxtəlif ödənişlər - mobil telefon, kommunal/rabitə ödənişləri (“AzTelekom” – BTRİB), həmçinin “SW Bank”a aid ödənişlər (kredit ödənişi, bank kartlarına onlayn rejimdə mədaxil) etmək mümkündür.Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur. Məhz bu geniş xidmətlər çeşidi bu gün “SWPay”i seçilib, sevilən ödəmə vasitəsi edir.“SWPay” terminallarının digər böyük üstünlüyü - Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən yaradılan Hökümət Ödəniş Portalı sisteminə qoşulmaqla müştərilərə həm də dövlət ödənişlərini ödəməyə imkan verməsidir.Belə ki, müştərilər Azərbaycan İpoteka Fondu, Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Təhsil Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, ARDNŞ-in “Azəriqaz” İB, “Azəristilik” ASC, Stasionar Telefon Xidmətləri üzrə 110-dan artıq xidmət üçün inzibati cərimə, rüsum və başqa büdcə ödənişlərini “SWPay” terminalları vasitəsilə həyata keçirə bilirlər.

Ünvanlarla tanış olmaq üçün aşağıda qeyd olunan linkə daxil ola bilərsiniz:

https://www.banksilkway.az/az/service-network/?type=swpay