012931

“Bank Silk Vey”in idarəetmə orqanında dəyişiklik olmuşdur

08 Avqust 2017

Səhmdarların Ümumi Yığıncağının 07 avqust 2017 il tarixli qərarına əsasən “Bank Silk Vey” ASC-nin idarəetmə orqanlarında dəyişiklik olmuşdur. Belə ki, İdarə Heyətinin sədri Elçin Eldar oğlu Əhmədov –Müşahidə Şurasının  sədri, İdarə Heyətinin üzvü- sədrin müavini Mahir Əvəz oğlu Əhmədov isə -İdarə Heyətinin sədri  vəzifəsinə təyin edilmişdir.

Xatırladaq ki, Elçin Eldar oğlu  Əhmədov 08 fevral 1982-ci ildə Bakı şəhərində anadan olmuşdur. 2004-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" fakultəsini bakalavr, 2005-ci ildə isə magistr dərəcəsi ilə bitirmişdir. Bir çox tanınmış şirkətlərdə məsul və  rəhbər vəzifələrdə işləyən cənab Əhmədov, 2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş,  2012-ci ildən "Bank Silk Vey" ASC-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alaraq bu günədək icra etmişdir.

Yeni təyinat münasibətilə hər iki rəhbəri təbrik edir, gələcək işlərində müvəffəqiyyət  və bol şanslar arzulayırıq.

Hörmətli istifadəçi

Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq, fiziki şəxslərin xarici valyutada əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi ilə əlaqədar Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən hazırlanmış güzəşt kalkulyatoru

Kalkulyatora daxil olSayta davam et