012931

Bakı Şopinq Festivalı

13 Aprel 2017

AR Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakı şəhərində keçiriləcək “Bakı Ticarət Festivalı” dövründə, əcnəbi qonaqlar və şəhərimizin sakinləri tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üzrə müvəkkil bank olaraq “Bank Silk Vey” ASC-nin təyin edilməsini nəzərivizə çatdırırıq.Əlavə dəyər vergisinin qaytarılması üçün 3 sadə addım atmaq lazımdır:

1. Ticarət Festivalın xüsusi stikeri olan mağazalardan 100 manatdan artıq alış-veriş etmək;

2. E-VHF əldə etdikdən sonra ƏDV köşklərinə müraciət etmək;

3. ƏDV məbləğini nağd və ya nağdsız qaydada geri almaq (Bankda).

Mayın 10-dək Bank Silk Way-in Baş ofis və filialları xüsusi gücləndirilmiş iş rejimində çalışacaq:

  • Həsən Əliyev küç., 131A ünvanında “Baş Ofis”: həftə içi 5 gün saat 09:00-dan - 22:00-dək, bazar və bayram günlərində saat 10:00-dan - 22:00-dək
  • Nizami küç., 142 ünvanında “1 saylı” Filial: həftə içi 5 gün saat 09:00-dan - 22:00-dək, bazar və bayram günlərində saat 10:00-dan - 22:00-dək
  • Həmçinin bankımızın Heydər Əliyev Beynəlxalq Hava Limanında yerləşən 1 saylı şöbəsinin nəznində olan (11 məntəqəsi), Lənkəran filialı, Gəncə filialı, Qəbələ mübadilə şöbəsi həmişəki kimi 24/7 iş rejimində bazar və bayram günləri daxil olmaqla müştərilərə xidmət göstərməkdə davam edəcək.