012931

AZAL-Miles proqramında dəyişiklik!

12 Dekabr 2016

Nəzərinizə çatdırmaq istərdik ki, 1 yanvar 2017–ci il tarixindən etibarən AZAL-Miles proqramının “Qaydalar və şərtlər” bölməsinin 1.67-ci bəndində dəyişikliklər ediləcəkdir. Yeni edilən dəyişikliklərə əsasən, hesaba əlavə olunmuş hər bir səyahət balı həmin balın hesaba əlavə olunma tarixindən növbəti 36 ay (3 il) ərzində etibarlı olacaqdır. Yəni, hesaba əlavə olunmuş səyahət balları 36 ay (3il) müddətində istifadə olunmadığı halda həmin balların son etibarlılıq müddəti balın hesaba əlavə olunduğu ayın sonuncu günündə bitəcəkdir.  Məsələn, 1 yanvar 2017-ci il tarixində hesabınıza əlavə olunmuş balların etibarlılıq müddəti 31 yanvar 2020-ci ildə bitəcəkdir. Siz qeyd olunan 36 ay müddətində hesabınızdakı balları istifadə edərək mükafatlandırıcı aviabiletlər əldə edə bilərsiniz.

*Qeyd – 1 yanvar 2017-ci ilə qədər hesabınıza əlavə olunmuş / toplanmış səyahət ballarının son etibarlılıq müddəti  31 yanvar  2020-ci ilədəkdir.

Əlavə məlumat üçün AZAL Miles müştəri xidmətlərinə müraciət edə bilərsiniz: azalmiles@azal.az Tel: (+994 12) 598 88 80