012931

Avtomatik valyuta dəyişmə terminalı

09 Dekabr 2016

Bank Silk Way ticarət və xidmət müəssisələrində avtomatik valyuta dəyişmə terminallarının yerləşdirilməsini planlaşdırır.

Artıq 1-ci terminal bankın baş ofisində quraşdırılıb, istifadəyə verilmişdir. Növbəti terminallar Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində, regionlarımızda yerləşən hava limanlarında, Bankın bütün filiallarında və digər strateji nöqtələrdə yerləşdiriləcək.

Bu terminal vasitəsilə müəssisənin müştəriləri və ziyarətçiləri Azərbaycan manatı, ABŞ dolları və Avro üzrə valyuta dəyişmə əməliyyatlarını rahat həyata keçirə bilərlər.

Avtomatik valyuta dəyişmə terminalının üstünlükləri:

- Günün istənilən vaxtı (24/7 rejimində) və ya müəssisənin iş saatları ərzində terminal vasitəsilə avtomatik valyuta dəyişmə imkanının təqdim edilməsi;

- Vaxt qənaəti, müştəri məmnunluğu və satışların artması.

Terminal vasitəsilə valyuta dəyişməsi Bank Silk Way-in gündəlik yenilənən valyuta məzənnələrinə əsasən həyata keçirilir və terminal vasitəsilə valyuta dəyişdirən müştəridən komissiya tutulmur.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi facebook səhifəsinə müraciət edə bilərsiniz - www.fb.com/swbankmiles