012931

35% endirim kampaniyası

08 Noyabr 2018

“Bank Silk Way” 12 Noyabr 2018 – 31 Dekabr 2018-ci il tarixlərində yeni kampaniyaya start verir. Kampaniya ərzində “Visa Gold Miles” kartını 35% endirimlə əldə etmək mümkün olacaq.

«Visa Gold Miles» kartının sahibi olmaqla siz aşağıdakı imtiyazları əldə edirsiniz:

Visa Gold Miles

  • Kartı əldə etdiyiniz zaman Sizə 200 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 7 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 11 manat üçün 1 bal;
  • “SW Club” endirim proqramının üzvü olacaqsınız;
  • Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə bilərsiniz.

«Visa Gold Miles» kartını onlayn sifariş edə bilərsiniz: https://www.banksilkway.az/az/for-life/plastic-cards/miles-kartlar/visa-gold-miles/

Qeyd: «Visa Gold Miles» kartını hər 3 valyutada (AZN, USD, EUR) sifariş etmək mümkün olacaq.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı (manat ekvivalentində) hesablanır. Ballar həmçinin "Azərbaycan Hava Yolları" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır. Alınan milləri kart sahibi AZAL aviaşirkətinin pulsuz uçuş biletinə, xidmət sinfinin artırılmasına istifadə edə bilər.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat əldə etmək üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.

Daha çox alın, tez-tez səyahət edin!