012931

35% endirim kampaniyası daha 3 ay uzadılır

01 Mart 2018

35% endirim kampaniyası daha 3 ay uzadılır

1 Mart 2018-ci il – 1 İyun 2018-ci il tarixinədək kampaniyaya davam etdiriləcək.
Xatırladaq ki, kampaniya ərzində “Visa Gold Miles” və “Visa Platinum Miles” kartlarını əldə etmiş müştərilərə 35% endirim təqdim olunacaq. 
«Visa Miles» kartının sahibi olmaqla siz aşağıdakı imtiyazları əldə edirsiniz:

Visa Gold Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 200 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4,5 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 9 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə bilərsiniz;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Visa Platinum Miles

  • Kartdan ilk istifadə zamanı Sizə 300 bal hədiyyə olunacaq;
  • Ölkəxarici əməliyyatlara görə hər 4 manat üçün 1 bal;
  • Ölkədaxili əməliyyatlara görə hər 8 manat üçün 1 bal;
  • «SW Club» endirim kartı hədiyyə;
  • «Duty free» endirim kartı hədiyyə;
  • Səyahət edənlər üçün sığorta şəhadətnaməsi hədiyyə (şengen zonasına);
  • Heydər Əliyev Hava Limanı Terminal 1-də yerləşən “Salam Lounge” və “Baku Club” zallarının xidmətlərindən ekskluziv şərtlərlə istifadə edə bilərsiniz;
  • “Salam Lounge” zalının bir dəfəlik istifadəsi üçün hədiyyə kuponu alacaqsınız;
  • Kuryer vasitəsilə kartın pulsuz çatdırılma imkanı.

Qeyd: SW Club endirimlər təklif edən unikal proqramdır. Ödənişləri «miles kartları» ilə həyata keçirin - endirimlər əldə edin və çoxlu millər qazanın.

Xatırlatmaq istərdik ki, "SW Bank Miles" kartı bank kartının üstünlüklərini və "Azal Miles" proqramının iştirakçısının imtiyazlarını özündə birləşdirən müştərək ödəmə kartıdır. Gündəlik alış-veriş və xidmətlərin haqqını "Miles" kartı vasitəsilə ödəniş edərək, kartın sahibi öz hesabına ballar toplayır. Bank kartından mümkün qədər tez-tez istifadə etmək və istənilən alış-veriş üçün mağazalarda əlavə komissiya olmadan ödəniş etmək lazımdır. Hər alış-verişə görə avtomatik ballar hesablanacaq. Ballar dünyanın istənilən valyutasında ödənişlər zamanı hesablanır. Ballar həmçinin "Azerbaijan Airlines" aviaşirkətinin reyslərindən istifadə edərkən toplanılır.

Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.banksilkway.az saytına, (012) 931 Sorğu Mərkəzinə və ya Bankın rəsmi “Facebook” səhifəsinə www.fb.com/swbankmiles müraciət edə bilərsiniz.
Daha çox alın, tez-tez səyahət edin!