012931

Likvidliyin idarə edilməsi əsasnamə

1. Ümumi müddəalar 

1.1. Bu əsasnamə bundan sonra «bank» deyərək istinad olunacaq "Bank silk vey" asc tərəfindən özünün öhdəliklərinin tam həcmdə və müəyyən edilmiş vaxtda icrasının təmin edilməsi, resursların səmərəli idarə olunması və bankın idarə heyəti tərəfindən müəyyən edilmiş mәhdudiyyәtlәrә riayət olunması məqsədi ilə likvidlik risklərinin idarə olunması ilə bağlı qaydaları müəyyən edir. 

1.2. Bu əsasnamə ilə aşağıda qeyd olunan məqamlar tənzimlənir: 

  • hesabat formalarının hazırlanması qaydası, belə ki, həmin formalara əsasən həm qısa, həm də uzun müddət üçün resursların idarə olunması ilə əlaqədar qərarlar qəbul olunur; 
  • bankda likvidlik kəsirlərinin bağlanması üçün likvid ehtiyatlarının təsnifatlaşdırılması və onların formalaşdırılması qaydalarının müəyyən edilməsi; 
  • bankın subyektləri üzrə və ümumilikdə bankda risklərə nəzarətin həyata keçirilməsi üçün istifadə olunan likvidlik risklərinin müəyyən edilməsi; 
  • stabil durumda və fors-major vəziyyətləri ilə əlaqədar olaraq pul vəsaitlərinin çatışmazlığı / artıq olması hallarında qərarların qəbul olunması qaydası. 

1.3. Bankın kollegial idarəetmə orqanları (apik, idarə heyəti) tərəfindən bankda likvidlik risklərinin idarə olunması sahəsi üzrə müəyyən edilmiş qaydaların icrasına nəzarət xəzinədarlıq tərəfindən həyata keçirilir. 

1.4. Bankın subyektlərinin rəhbərləri bankın xəzinədarlığının rəhbərliyinə tabe olurlar və likvidlik risklərinin idarə olunması ilə əlaqədar bu əsasnamə və apik tərəfindən qəbul edilmiş qərarlara müvafiq surətdə məsuliyyət daşıyırlar. 

1.5. Bankın biznes bölmələrinin maliyyə vəsaitləri ilə təmin edilməsi qaydası və həmin maliyyə vəsaitlərinin həcmi ayrıca sənədlər ilə müəyyən edilir. 

1.6. Likvidliyin idarə olunması zamanı aşağıda qeyd edilmiş əsas prinsiplərdən istifadə olunur: 

  • risklərin idarə olunması pul vəsaitlərinin hərəkəti planı (cash-plan) əsasında həyata keçirilir; 
  • likvidlik riskinin hedcinqi likvid ehtiyatların formalaşdırılması yolu ilə aparılır; 
  • likvidlik riskinin idarə olunması subyektlər üzrə və ümumilikdə bank üzrə pul vəsaitlərinin hərəkəti planı (cash-plan) əsasında vəsaitlərin çatışmazlığı / artıqlığına istinadən və orta və uzun müddətlər üzrə likvidlik kəsirləri haqqında hesabatlara (gap-report – üqmp-ümumi qəbul edilmiş mühasibatlıq prinsipləri hesabatı) əsasən likvidlik kəsirlərinin müəyyən olunması və onlara nəzarətin icrası vasitəsi ilə həyata keçirilir. 

1.7. Layihə bölməsi – xəzinədarlıq. 

2. Normativ aktlara istinadlar 

"Bank silk vey" asc-nin filiallarının vəsaitlər ilə təmin olunması qaydası. 
«xəzinədarlıq departamenti haqqında» əsasnamə 
«kommersiya banklarında likvidliyin idarə olunması» qaydaları (№137- nba 29-12-1999) 

3. Terminlәr və təriflər 

Bsk - bankın ayrı-ayrı subyektləri ("Bank silk vey" asc-nin filial və şöbələri) deməkdir. Planlaşdırma müddəti – hesabat tarixindən etibarən son planlaşdırma tarixinə qədər olan vaxt kəsiri deməkdir. 
Xəzinədarlıq - "Bank silk vey" asc-nin xəzinədarlıq funksional struktur bölməsi deməkdir. Xəzinədarlıq bölmələri – bankda xəzinədarlıq funksiyalarını həyata keçirən bölmələr deməkdir. Xərc mərkəzləri (funksional bölmələr) – bankın özünün əməliyyatlarını və/və ya müştərilərin əməliyyatlarını həyata keçirməyən bankın struktur bölmələri deməkdir. 
Metodika – "Bank silk vey" asc-də cəlb edilmiş vəsaitlər üzrə stabil qalığın hesablanması üzrə metodikası deməkdir (hazırlanacaqdır). 
Qbsk – biznes fəaliyyətinin növləri üzrə qruplaşdırmaları şərti ilə, bankın qeyri-bank fəaliyyəti ilə məşğul olan ayrıca bölmələri (subyektləri) deməkdir ("Bank silk vey" asc-nin filialları və şöbələri istisna olmaqla, bankın bütün şirkətləri): sığorta, lizinq IşI və s. Mənfəət mərkəzləri (biznes-bölmələri) - bankın özünün əməliyyatlarını və/və ya müştərilərin əməliyyatlarını həyata keçirən bankın struktur bölmələri deməkdir. 
Bölmələr – bankın hər hansı struktur bölmələri deməkdir (mənfəət mərkəzi və xərc mərkəzi). Bankın subyektləri – bankın bütün bank və qeyri-bank subyektləri deməkdir (yəni "Bank silk vey" asc-nin filialları ,bankın bütün digər şirkətləri). 
Əlaqədar cəlbetmə – müştərilərin kreditləşdirilməsi məqsədi ilə kənar təşkilatlardan vəsaitlərin cəlb olunması deməkdir, bu zaman isə cəlb olunmuş və yerləşdirilmiş vəsaitlərin məbləğI və müddətləri üst-üstə düşür. 
Dilinq idarəsi – xəzinədarlığın maliyyə bazarlarında xəzinədarlıq əməliyyatları bölməsinin dilinq idarəsi deməkdir. 
Uçot-əməliyyat sistemləri – bankda quraşdırılmış «progress» sistemi və digər sistemlər deməkdir. 
Pul vəsaitlərinin hərəkəti planı – bankın subyektləri və xəzinədarlıq tərəfindən bankda tərtib olunan pul vəsaitlərinin hərəkət planı deməkdir.
Kəsir hesabatı – likvidlik üzrə kəsirlər haqqında hesabat deməkdir. 

4. Göstəricilər və qisaltmalar 

Bank - "Bank silk vey" asc (və "Bank silk vey" asc-nə daxil olan bütün filiallar) deməkdir. 
Bsk - bankın bank subyektləri deməkdir. 
Qbsk - bankın qeyri-bank subyektləri deməkdir. 
Xəzinədarlıq - xəzinədarlıq әmәliyyatları qrupu deməkdir (xəzinədarlıq biznes-istiqaməti). 
Mef - məcburi ehtiyatlar fondu deməkdir. 
Bak - banklararası kreditlər deməkdir. 
Qktb - qiymətli kağızlar üzrə təşkilatlanmış bazar deməkdir. 
Avm - açıq valyuta mövqeyi deməkdir. 

5. Resurslarin idarə olunması 

5.1.Ümumi prinsiplər 

5.1.1. Qısa və uzun müddətlər ilə əlaqədar resursların idarə olunmasına münasibətdə optimal qərarların qəbul olunması məqsədi ilə pul vəsaitlərinin hərəkəti planları (bundan sonra «cash-plan» deyərək istinad olunacaq) hazırlanır. «cash-plan» bankın subyektləri (bankın subyektinin «cash-plan») və xəzinədarlıq (bankın «cash-plan») tərəfindən tərtib olunur. 

5.1.2. «cash-plan»-ın tərtibi zamanı əsas kimi aşağıda qeyd olunan məqamlar götürülür: 

  • üçüncü şəxslər qarşısında və üçüncü şəxslərə qarşı tələblər və ya öhdəliklər ilə əlaqədar müqavilə müddətlərinin başa çatması ilə əlaqədar daxilolmalar və silinmələr, o cümlədən subyektlərin bir-biri qarşısında daşıdıqları tələb və öhdəliklər; 
  • ehtimal xarakteri daşıyan daxilolmalar və silinmələr; 
  • planlı xarakter daşıyan daxilolmalar və silinmələr. 

5.1.3. «cash-plan» pul vəsaitlərinin artıqlığı / əskikliyi üzrə proqnozu təşkil edərək, pul vəsaitlərinin yerləşdirilməsi / cəlb olunması, bu və ya digər maliyyə əməliyyatlarının aparılması barəsində qərarların qəbul olunması üçün instrumenti təşkil edir. 

5.1.4. «cash-plan»-ın tərtibatı ilə əlaqədar məlumat mənbələrini aşağıda qeyd olunanlar təşkil edir: 

  • uçot-əməliyyat sisteminin məlumatları; 
  • müddətli instrumentlərinin təqdim olunması və ödənilməsi müddətləri haqqında hesabatlar; müddətli instrumentlərin müqavilə müddətlərinin aktuallığı barəsində bölmələrin təqdim etdiyi analitik məlumat; 
  • müddətli passivlərin cəlb olunması üzrə bölmələrin planları; 
  • müddətli aktivlərin yerləşdirilməsi üzrə bölmələrin planları; 
  • müəyyən prinsiplər, metodikalar üzrə tərtib edilmiş proqnozlar; 
  • əməliyyatlar üzrə gəlir və məsrəflərinin alınması və ödənilməsi üzrə bölmələrin planları; 
  • qeyri-əməliyyat məsrəf və vergilərinin ödənilməsi üzrə bölmələrin planları; 
  • cari əməliyyat günü üzrə daxilolmalar və silinmələr üzrə müştəri bölmələrinin proqnozları; 
  • apik tərəfindən təsdiq edilmiş plan göstəriciləri. 

5.1.5. "Bank silk vey" asc-nin baş ofisinin bölmələri və qbsk əməliyyatlar haqqında məlumatlarını xəzinədarlığa «bankın bölmələri tərəfindən məlumatın xəzinədarlığa təqdim olunması» qaydalarına (bundan sonra «qayda» deyərək istinad olunacaq) uyğun surətdə təqdim edirlər. 

5.1.6. Bölmələr əməliyyatlar haqqında məlumatı xəzinədarlıq bölmələrinə təqdim edirlər. 

5.1.7. Planlaşdırmanın nəticələrinin düzgünlüyünə nəzarəti həyata keçirmək məqsədi ilə, xəzinədarlıq bölməsi, «cash-plan»-a istinadən, cari planının əvvəlki ilə müqayisədə məcmu məlumatı üzrə hər bir gün üçün plan üzrə qalıqlardan kənaraçıxmaların hesablanmasını həyata keçirir. 

5.1.8. «cash-plan»-ın dürüst qaydada və vaxtında təqdim olunması üçün öhdəlik xəzinədarlıq bölməsinin rəhbərinin üzərinə düşür. 

5.2. «cash-plan»-ın hazırlanmasının ümumi qaydası 

5.2.1. «cash-plan» azərbaycan manatı, avro və abş dollarında tərtib olunur (abş dolları ekvivalentində qiymətli metallar və digər valyuta sərvətləri də daxil olmaqla). 

5.2.2. Miqyas – min ədəd. 

5.2.3. 1-ci mərhələ – daxil olan qalıqların yüklənməsi və korrektə edilməsi: 

5.2.3.1. Daxil olan qalıqlar qoşma 1 mətnində verilmiş hesabat formasında qeyd olunan qruplar üzrə ümumiləşdirilir. 

5.2.3.2. Əməliyyatların iqtisadi mahiyyətinə xələl yetirən mühasibat uçotunun xüsusiyyətlərini aradan qaldırmaq məqsədi ilə daxil olan qalıqların korrektə edilməsi aparılır (misal üçün, effektiv ödəniş üzrə qeyd-şərt müəyyən olunmadan valyutada ifadə edilmiş ödəniş vekselləri, valyuta çıxarışının uçotunun xüsusiyyətləri və s.). Deyilənlərə əlavə olaraq, prudensial normalara riayət olunması məqsədi ilə aparılan optimallaşdırma tədbirləri üzrə daxil olan qalıqların korrektə edilməsi aparılır. 

5.2.4. 2-ci mərhələ - əməliyyatların uçotu: 

5.2.4.1. Yerləşdirmə əməliyyatları (aktivlər). 

1) likvid aktivlər / hesablaşma banklarında olan vəsaitlər bank üçün – amb-da müxbir hesabında və nostro əsas valyuta hesablarında vəsaitlərin hərəkəti əks olunur. Qalıq minimum tələb edilən səviyyədə saxlanılır və həmin minimum səviyyənin məbləğini xəzinədarlıq bölməsinin rəhbərliyi (xəzinədarlığın rəhbəri) müəyyən edir. 

2) likvid aktivlər / pul vəsaitləri cari gün üzrə kassada qalığın və vəsaitlərin hərəkətinin planlaşdırılması kassa әmәliyyatlarının planı üzrə aparılır. Perspektivdə, planlaşdırma dövrünün sonuna qədər olan müddət üçün pul vəsaitlərinin qalığı son 30 təqvim günü üzrə hesablanmış orta göstərici səviyyəsində saxlanılır. 

3) likvid aktivlər / nostro hesabları 
Nostro hesabından vəsaitlərin silinməsi plan dövrünün birinci günündə aparılır. 

4) likvid aktivlər / bbvb-da olan vəsaitlər
Vəsaitlərin hərəkəti reqlament ilə təsdiq edilən, qəbul edilmiş hesabatlara əsasən əks etdirilir. 

5) likvid ehtiyatlar
Ümumilikdə bank üçün – ehtiyatların tam formalaşmaması halında, onların həcminin zəruri həddə qədər artımı qalan likvid aktivlərin hesabına olmaqla əks etdirilir. 

6) formalar 
Həcmin dəyişməsi əlavə qoyuluş / qaytarılma həcminə istinadən ilkin hesablamaya əsasən əks etdirilir. 

7) bankın subyektləri ilə hesablaşmalar 
A) cari hesablaşmalar – bsk ilə əlaqədar bunlar filiallararası hesablaşmalar (fah) hesabında olan mümkün overdraftın nəzərə alınması şərti ilə fah hesabları üzrə vəsaitlərin hərəkətində əksini tapır. 

B) bsk tərəfindən təqdim olunan vəsaitlər həm filiallararası resurslar, həm də banklararası kreditlər kimi rəsmiləşdirilə bilər. Təyinatlarından asılı olaraq, resurslar aşağıda qeyd olunan kateqoriyalara bölünür: 

  • kommersiya, investisiya və güzəştli resurslar – maliyyələşdirmə sistemində aparılan qeydiyyata uyğun olaraq müqavilə şərtləri əsasən uçota alınır; 
  • tənzimləmə resursları (məsrəflərin və ya gəlirlərin, vergilərin, fondların kompensasiyası) – gəlirlərin və ya məsrəflərin proqnozu, vergilər üzrə ayırmaların məbləğində baş verən dəyişikliklər və s. Amillər üzrə planlaşdırılır. Resursların planlı yerləşdirilməsi yalnız həmin əqd üzrə xəzinədarlığın təsdiqi olduğu hallarda əks etdirilir. 

8) işlək aktivlər / bak bak üzrə əməliyyatlar qaydaya uyğun olaraq bölmələr tərəfindən təqdim olunan məlumata əsasən, əməliyyatların başa çatması məqamında daxilolma kimi əks etdirilir. 

9) işlək aktivlər / qiymətli kağızlar portfeli 
A) qiymətli kağızlar, onların alınmasının məqsədlərindən asılı olaraq, portfellərə bölünür – ticarət portfel, investisiya portfeli. Qiymətli kağızlar portfelləri üzrə əməliyyatlar ilə əlaqədar vəsaitlərin hərəkətinin planlaşdırılması qaydaya uyğun surətdə təqdim olunan məlumata və apik tərəfindən təsdiq edilmiş maliyyələşdirmə hədlərinə uyğun surətdə aparılır. 
B) kupon və dividendlər – qaydaya uyğun surətdə təqdim olunan məlumata əsasən. 
C) qiymətli kağızlar ilə əməliyyatlar üzrə hesablaşmalar – bu maddə üzrə repo əməliyyatları, qktb üzrə vəsaitləri hərəkəti, digər hesablaşmaların əks etdirilməsi həyata keçirilir. 

10) işlək aktivlər / kredit portfeli hərəkət qayda çərçivəsində kredit bölmələri tərəfindən kreditlər üzrə ödənişlər, təkrar kreditləşdirmə və kredit borclarının müddətinin uzadılmasına aid olan məlumata əsasən, habelə kredit portfelinin məbləğinə təsir göstərən apik tərəfindən təsdiq edilən ayrı-ayrı qərarlara istinadən əks etdirilir. Təqdim olunan overdraftlar bank üzrə statistik məlumatlara istinadən orta həcmlərə əsasən əks etdirilir. 

11) akkreditivlər vəsaitlərin hərəkəti qaydaya uyğun surətdə müəyyən olunmuş şərtlərə istinadən təqdim edilən məlumata əsasən əks etdirilir. 

12) işlək aktivlər / konversiya əməliyyatları «xərclər» maddəsi üzrə – vəsaitlərin daxil edilməsi və ya silinməsi qaydaya uyğun surətdə müəyyən olunmuş şərtlərə istinadən faktiki forex, swap, forward əməliyyatlarına aid təqdim edilən məlumata əsasən aparılır. Avm maddəsi üzrə – daxil olan vəsaitlər qalığında hesabatın tərtib olunduğu valyuta üzrə qısa mövqe halında balans avm qeyd olunur. 

13) «hesablaşmalarda olan vəsaitlər» və «digər aktivlər» üzrə vəsaitlərin məcmu hərəkəti qaydalar ilə təsdiq edilmiş və təqdim olunan hesabatlara əsasən əks etdirilir. 

5.2.4.2. Cəlbetmə əməliyyatları (passivlər) 

1) müştərilərdən cəlb olunmuş vəsaitlər / tələb olunana qədər cəlb edilmiş vəsaitlər pul vəsaitlərinin hərəkətinin planlaşdırılması metodikaya və qayda çərçivəsində bölmələr tərəfindən təqdim olunan məlumata əsasən aparılır. 

2) müştərilərdən cəlb olunmuş vəsaitlər / müddətli öhdəliklər, akkreditivlər
A) bütün müddətli öhdəliklər, o cümlədən də tələb olunana qədər növlü hesablardakı azaldılmayan qalıqlar, silinmə üzrə qaydaya uyğun surətdə bölmələr tərəfindən məlum edilmiş əməliyyatların başa çatdırılması müddətlərində əks etdirilir.
B) plan dövrü üçün daxilolma məbləğləri vasitəsi ilə metodikaya uyğun surətdə, əməliyyatlar üzrə qüvvədə olan limitlərə əsasən, risksiz stabil qalıq səviyyəsində cəlbetmə instrumentləri qrupu kəsirində qalıq təmin edilir.
V) qayda çərçivəsində alınmış məlumata əsasən, iri müştərilərdən cəlb edilmiş birdəfəlik məbləğlər planda əksini tapır.
3) xəzinədarlıq əməliyyatları
A) bütün əməliyyatlar qaydaya uyğun surətdə bölmələr tərəfindən məlum edilmiş əməliyyatların başa çatdırılması müddətlərində əks etdirilir.
4) bankın subyektləri ilə hesablaşmalar
A) cari hesablaşmalar – bsk üzrə, qalıqda vəsaitlər olduqda, onların birinci Iş günündə tam məbləğdə silinməsi planlaşdırılır (törəmə banklar üçün, fah analoqu kimi loro-nostro hesabları çıxış edir).
B) bsk-dan cəlb edilmiş vəsaitlər filiallararası resurslar kimi, və ya banklararası kreditlər kimi rəsmiləşdirilə bilər: - kommersiya, investisiya resursları və güzəştli resurslar planda maliyyələşdirmə sistemində qeydə alınmış müqavilə şərtlərinə əsasən planda uçota alınır; - tənzimləmə resursları (məsrəflər və ya gəlirin kompensasiyası, vergilər, fondlar) gəlirlərin və ya məsrəflərin proqnozuna, vergilər üzrə ayırmaların məbləğinin dəyişməsinə və s. Amillərə əsasən planlaşdırılır; bankın «cash-plan»-ında bu maddə üzrə resurslar onların məbləğinin dəyişməsi proqnozuna əsasən formalar və subyektlər üzrə əks etdirilir. Resursların plan üzrə cəlb olunması yalnız həmin əqdlərin xəzinədarlıq tərəfindən təsdiq olunması şərti ilə əks etdirilir. 
5) sxemlər 
Bu maddədə optimallaşdırma tədbirləri əks etdirilir. 
6) «hesablaşmalarda olan vəsaitlər» və «digər passivlər» üzrə vəsaitlərin məcmu hərəkəti qaydalara əsasən bölmələr tərəfindən təqdim olunan hesabatlara istinadən əks etdirilir. 
7) avm – daxil olan vəsaitlər qalığında hesabatın tərtib olunduğu valyuta üzrə qısa mövqe halında balans avm qeyd olunur. 

5.3. Bsk-nın «cash-plan»-ı 

5.3.1. Forma – qoşma 1. 

5.3.2. Planlaşdırma müddəti - 3 ay. 

5.3.3. Layihə bölməsi – bsk-nın xəzinədarlıq bölməsi. 

5.3.4. Tərtib olunma tezliyi – hər gün. 

5.3.5. Elektron variant hər gün, bakı vaxtı ilə 12.00-dan gec olmamaq şərti ilə xəzinədarlığa təqdim olunur. 

5.4. Bankın «cash-plan»-ı 

5.4.1. Bankda pul vəsaitlərinin hərəkətinin idarə olunması məqsədi ilə

5.4.1.1. Forma – qoşma 1. 

5.4.1.2. Planlaşdırma müddəti - 3 ay. 

5.4.1.3. Layihə bölməsi – xəzinədarlıq. 

5.4.1.4. Tərtib olunma tezliyi - hər gün. 

5.4.1.5. "Bank silk vey" asc və qbsk-lərin müxbir hesabları üzrə vəsaitlərin hərəkətinin planı kimi formalaşdırılır, bankın subyektləri arasında daxili bölüşdürmənin əks etdirilməsi şərti ilə. Məlumat mənbəyi kimi qaydaya uyğun surətdə bölmələr tərəfindən təqdim olunan məlumatdan istifadə olunur. 

5.4.2. Bankın aktiv və passivlərinin strukturunun idarə olunması məqsədi ilə 

5.4.2.1. Forma - qoşma 3. 

5.4.2.2. Planlaşdırma müddəti - son müqavilə tarixinə qədər.

5.4.2.3. Layihə bölməsi – xəzinədarlıq. 

5.4.2.4. Tərtib olunma tezliyi – hər həftə. 

5.4.2.5. Ümumilikdə bank üzrə vəsaitlərin hərəkətinin məcmu planı kimi formalaşdırılır. Burada üçüncü şəxslərə qarşı və üçüncü şəxslərin bütün tələb və öhdəlikləri əksini tapır, lakin təqvim qaydasında bir subyektin digərinə təqdim etdiyi tələb və öhdəliklər istisna olmaqla. Digər şərtlər üzrə, formalaşma qaydası bsk-nın «cash-plan»-ı üçün müəyyən edilmiş qaydaya uyğun gəlir. 

6. Likvid ehtiyatlar 

6.1. Ümumi prinsip və təriflər 

6.1.1. Likvidlik riskinin idarə olunması məqsədi ilə, bankda «likvid ehtiyatlar» məfhumundan istifadə olunur. 

6.1.2. işlək aktivlərdən çıxarılması tezliyindən asılı olaraq, likvid ehtiyatlar dörd növə bölünür: 

  • I dərəcəli likvid ehtiyatlar – amb-da müxbir hesabında, kommersiya banklarında nostro hesablarda olan pul vəsaitləri, minimal həddən artıq məbləğdə nağd pul vəsaitləri, birjada olan vəsaitlər. 
  • ii dərəcəli likvid ehtiyatlar – bak bazarında olan və operativ qaydada cari likvidliyin tənzimlənməsi üçün istifadə edilə bilən açıq xәtlәrin məbləğI. - iii dərəcəli likvid ehtiyatlar – likvid qiymətli kağızlar portfeli formasında formalaşmış ehtiyatlar. 
  • iv dərəcəli likvid ehtiyatlar – bankın kapital vәsaitlәri hesabına formalaşmış ehtiyatlar. 

6.2. Likvidlik riskinin hedcinqi aşağıda qeyd olunan prinsiplərə istinadən həyata 

6.2.1. I dərəcəli likvid ehtiyatlar bankın cari ödəniş qabiliyyətini təmin etməklə «cash-plan» hesabatında əks etdirilir. 

6.2.2. istifadə olunmamış qalan ii dərəcəli likvid ehtiyatlar qısamüddətli likvid kəsirlərə yol verməməkdən ötrü istifadə olunur və proqnoz həddindən kənaraçıxamalar halında bankın ödəniş qabiliyyətini təmin edir. Həmin ehtiyatların məbləğI istifadəsi maksimum ehtimal ilə mümkün olan mümkün bak cəlb edilmələrinin məbləğI barəsində dilinq idarəsinin təqdim etdiyi məlumata əsasən müəyyən olunur (pessimistik proqnoz). Dilinq idarəsi məlumatı hər həftə bankın xəzinədarlığına təqdim edir. 

6.2.3. Iii dərəcəli likvid ehtiyatlar passivlərin proqnozlaşdırılmayan qeyri-stabilliyi, passivlərin proqnozlaşdırılmayan axını səbəbindən likvidlik riskinin hedcinqi üçün istifadə olunur. 

6.2.4. Iv dərəcəli likvid ehtiyatlar fors major hadisələrinin baş verdiyi hallar üçün likvidlik çatışmazlığının aradan qaldırılması məqsədi ilə formalaşdırılır. 

6.2.5. Likvid ehtiyatlara dair tələblər likvidlik riskinin yaranması müddətinə istinadən müəyyən edilir. Likvidliyin hedcinqini aparan aktivlər portfeli yaranan riskin iqtisadi məzmununa istinadən üç pilləyə bölünür. 

Portfel Hedcinq obyekti Hedcinq instrumenti icra müddəti
I pillə Qalıqların dəyişkənliyi I və II dərəcəli ehtiyatlar 1-14 gün
II pillə Stabil qalığın dəyişiklik
tendensiyası
III dərəcəli ehtiyatlar 1 aya qədər
III pillə Fövqəladə hallar, fors-major IV dərəcəli ehtiyatlar 14 günə qədər

6.2.6. Iii dərəcəli ehtiyatların strukturu risk-menecment tərəfindən müəyyən olunur və «ehtiyat aktivlərin formalaşması və idarə olunması» qaydalarına uyğun surətdə apik tərəfindən təsdiq edilir. Təsdiq edilmiş struktur və müddətlər üzrə hədlərə istinadən hedcinq portfellərinin investisiya deklarasiyaları məcmusu müəyyən edilir. 

6.2.7. Iii dərəcəli ehtiyatlar tam və ya qismən likvidlik riskini törətmiş hadisə baş verdiyi halda bankın xәzinәdarlığının sərəncamı ilə apik-in qərarına əsasən istifadə olunur. 

6.2.8. Iv dərəcəli ehtiyatların strukturu, formalaşması və istifadəsi "Bank silk vey" asc-nin balansında iv dərəcəli likvid ehtiyatların formalaşması üzrə müvəqqəti reqlament» və iv dərəcəli ehtiyatların formalaşmasını tənzimləyən digər sənədlər ilə müəyyən olunur. 

6.2.9. Iv dərəcəli ehtiyatların faktiki məbləğinin hesablanması xəzinədarlıq tərəfindən metodikaya uyğun surətdə aparılır. Rf göstəricinin məbləğI (fors-major halları ilə əlaqədar risklərin hedcinqi üçün yaradılan faktiki ehtiyatlar) cari rübün sonuncu ayının 25-nə kimi müəyyən olunur. Həmin hesablamalara əsasən apik növbəti rüb üçün iv dərəcəli ehtiyatların məbləğini müəyyən edir. 

6.2.10. Iv dərəcəli ehtiyatların fondlaşdırılması faktiki müddətlərə aid dərəcə ilə aparılır. Iv dərəcəli ehtiyatların idarə olunmasından əldə olunan maliyyə nəticələri və onların fondlaşdırılmasının xərcləri ümumi korporativ xərclərə aid edilir. 

6.2.11. Bankın tərkibindəki subyektlərin fəaliyyəti aktiv əməliyyatların və ya balansdankənar öhdəliklərin hedcinqini aparmaq məqsədi ilə likvid ehtiyatların yaradılmasını nəzərdə tutduğu təqdirdə, həmin ehtiyatların yaradılmasına dair hesablamalar və prosedurlar bankın apik-I tərəfindən təsdiq olunan ayrıca metodikalar ilə təsdiq edilir. 

7. Normalarin müəyyən edilmәsi və likvidlik risklərinə nəzarət 

7.1. Ümumi prinsiplər 

7.1.1. Likvidlik risklərinə nəzarət likvidlik kəsirlərinə münasibətdə hədlərin müəyyən olunması vasitəsi ilə həyata keçirilir. 

7.1.2. Likvidlik kəsiri dedikdə müddətlər üzrə tələb və öhdəliklər arasında uyğunsuzluqların yaranması nəzərdə tutulur. Kəsirin məbləğI tələb və ödəniş müddətləri üzrə aktiv və passivlər arasında olan fərq kimi müəyyən edilir. 

7.1.3. Nəzarət obyektləri kimi aşağıda qeyd edilənlər çıxış edir: 

  • bsk; 
  • ümumilikdə bank özü. 

7.1.4. Likvidlik risklərinin yaranması müddətlərindən asılı olaraq, normaların müəyyən edilməsi aşağıda qeyd edilənlərə aid olur: 

  • qısamüddətli likvidlik kəsirləri – 1 aya qədər olan planlı müddət üçün kəsir, 
  • orta və uzun müddətli likvidlik kəsirləri – 1 ilə qədər olan müddət üçün kəsir. 

7.1.5. Ümumilikdə bank üzrə kəsirlərə dair hədlər apik tərəfindən xəzinədarlığın təqdim etdiyi hesablamalara uyğun surətdə müəyyən edilir.

7.1.6. Bankın subyektlərinə münasibətdə kəsirlər üzrə hədlərin müəyyən olunması və hesablanması xəzinədarlıq tərəfindən ümumilikdə bank üzrə həddin bankın subyektləri arasında bölüşdürülməsi vasitəsi ilə aparılır. 

7.1.7. Hədlər qəti və nisbi məbləğlərdə hər bir valyuta üçün (rusiya rublu, abş dolları və avro) və milli valyuta ekvivalentində müəyyən olunur. 

7.1.8. Kəsirlər üzrə hədlərə hər rüb, və ya maliyyə bazarında mənfi hadisələr baş verərkən fövqəladə surətdə yenidən baxılır. 

7.1.9. Likvidlik kəsirləri üzrə hədlərə riayət olunması üzərində nəzarəti xəzinədarlıq həyata keçirir. 

7.2. Qısamüddətli likvidlik kəsirləri və onlara nəzarət qaydası 

7.2.1. Qısamüddətli kəsirlərin bağlanması mənbəyi kimi ii dərəcəli ehtiyatların həcmi çıxış edir. 

7.2.2. Qısa müddət üçün bsk-lar üzrə nəzarət ümumi qaydada aparılır (üqmp hesabatı üzrə hədlərə əsaslanmaqla). 

7.2.3. Ümumilikdə bank üzrə qısamüddətli kəsirlər üzrə hədlərə nəzarət: 

7.2.3.1. Kəsirlər barəsində məlumatın mənbəyi kimi bankın «cash-plan» üzrə vəsaitlərin artıqlığı / əskikliyi qrafiki çıxış edir. 

7.2.3.2. Ümumilikdə bank üzrə qısamüddətli kəsirlər üzrə hədlərə nəzarət xəzinədarlıq tərəfindən gündəlik olaraq aparılır və müvafiq məlumat xəzinədarlığın rəhbərinə təqdim olunur. 

7.2.3.3. Hədd pozularsa, məlumat xm kuratoru olan idarə heyəti sədrinin müavininə təqdim olunur. 

7.3. Uzunmüddətli likvidlik kəsirləri və onlara nəzarət qaydası 

7.3.1. Kəsirlər üzrə hədlər 1 aydan 1 ilə qədər olan müddət üçün apik tərəfindən ümumilikdə bank üzrə, bankın bankçılıq fəaliyyəti ilə məşğul olan və məşğul olmayan subyektləri üçün müəyyən edilir. 

7.3.2. Kəsirlər üzrə hədlər bir sıra kəmiyyət və keyfiyyət meyarlarına istinadən müəyyən edilir: - kəmiyyət meyarları sırasına müddətli instrumentlərin cəlb olunması dinamikası aiddir – hər bir cəlbetmə instrumentinin təkrar maliyyələşdirilməsi imkanı; 

  • keyfiyyət meyarları sırasına aktivlərin keyfiyyəti (verilmiş vəsaitlərin qaytarılacağı, yerləşdirmə faizi, iri borcalan üzrə risk), müştəri bazasının strukturu (iri müştәrilәrin bankın tərk etmələri riski) aiddir. 

7.3.3. Kəsirlərin məbləğI barəsində məlumat mənbəyi kimi üqmp hesabatından istifadə olunur və təqvim sırası ilə düzülmüş üçüncü şəxslərə qarşı və üçüncü şəxslərin bütün tələb və öhdəliklərini, o cümlədən də subyektlərin bir-birinə qarşı tələb və öhdəliklərini, müvafiq müqavilə müddəalarına uyğun surətdə, sıralayır. istisna təşkil edən kateqoriyalara for, likvid ehtiyatlar və tələb olunana qədər yerləşdirilmiş vəsaitlər aid olur. 

7.3.4. Üqmp üzrə hədlərə aid tələblərin pozulması barəsində məlumat bankın xəzinədarlığının rəhbərinə təqdim olunur. Pozuntu halları mütəmadi olaraq təkrar olunarsa, bankın apik-nə məlumat verilir. 

7.3.5. Hədlərə riayət məqsədi ilə bankın subyektlərinə münasibətdə kəsirlərə nəzarətin bir hissəsi kimi aşağıda qeyd olunan tədbirlər nəzərdə tutulur: - subyektin xəzinədarlıqda yerləşdirdiyi vəsaitlərin vaxtından əvvəl qaytarılması (xəzinədarlığın mülahizəsinə əsasən); - vəsaitlərin mövcud tariflər üzrə xəzinədarlıqda yerləşdirilməsi; 

  • iki əks əməliyyatın aparılması: bsk-ların vəsaitlərinin xəzinədarlığa cəlb olunması və mövcud fondlaşdırma dərəcələri üzrə xəzinədarlıqda yerləşdirilməsi. 

7.3.6. Bsk üzrə müəyyən edilmiş kəsir hədlərinə dair şərtlərin pozulması faktı üzrə həddin keçilmiş olduğu hər bir əməliyyat günü üçün təkrar maliyyələşdirmə dərəcəsinin ikiqat mislində cərimə tətbiq olunur. 

8. Pul vəsaitlərinin artiq hissəsinin / çatişmazliğinin idarә olunmasi qaydalari 

8.1. Bank üzrə pul vəsaitlərinin artıq hissəsinin/çatışmazlığının idarə olunması qaydaları 

8.1.1. Bank üzrə tərtib edilmiş «cash-plan»-ın təhlili müvafiq vəziyyətin faktiki durumunu qiymətləndirmək və kəsirlərin həcmini nizamlamaq imkanını verir. 

8.1.2. Optimal vəziyyət bu zaman yaranmış olur ki, ümumi çatışmazlıq və ya əksikliyin miqdarı l sıfıra bәrabәr olsun. Ümumi çatışmazlıq və ya əksikliyin məbləğI sıfırdan fərqli olarsa: 

8.1.2.1. L > 0 – artıq likvidlik. Bu halda xəzinədarlıq pul vəsaitlərinin artıqlığının təxmin edilən müddəti üçün sərbəst vəsaitlərin yerləşdirilməsinin alternativ variantlarını nəzərdən keçirir. Bundan sonra, xəzinədarlığın rəhbəri özünün səlahiyyətləri çərçivəsində hərəkət edərək optimal variantı nəzərə alıb həmin vəsaitlərin istifadəsi barəsində qərar verir. Pul vəsaitlərinin artıqlığı daimi xarakter daşıdığı halda və 1 aydan artıq müddəti əhatə etdikdə, pul vəsaitlərinin istifadəsi məsələsinə bankda aktiv və passivlərin idarə olunması prosesi çərçivəsində baxılır. 

8.1.2.2. Xəzinədarlıq xəzinədarlığın rəhbərinə yaranmış vəziyyət haqqında məlumat verir və yaranmış vəziyyətin nizamlanması üçün tədbirləri Işləyib hazırlayır. Xəzinədarlığın rəhbərinin səlahiyyətindən kənar olan tədbirlər apik-in müzakirəsinə təqdim olunur. Bura aşağıda qeyd edilənlər daxildir: 

  • kredit və digər aktiv əməliyyatların həcminin məhdudlaşdırılması və ya müvəqqəti olaraq dayandırılması; 
  • xərclərin çəkilməsinin müvəqqəti olaraq dayandırılması. 

8.1.3. Ümumilikdə bank üzrə 1 aydan artıq olan müddət üçün aktiv və passivlərin idarə olunması bankın apik-I tərəfindən onun səlahiyyətləri çərçivəsində həll edilir. 

8.2. Fors-major 

8.2.1. Vəziyyət xəzinədarlığın təqdim etdiyi məlumata əsasən apik tərəfindən çıxarılan qərar üzrə fors-major hesab oluna bilər. 

8.2.2. Xəzinədarlıq kritik durumdan likvidliyin təmin olunması üzrə tədbirlər planını hazırlayır və tətbiq edir (bundan sonra – «plan»). 

8.2.3. Plandan hadisələrin mənfi, likvidlik çatışmazlığına gətirib çıxara biləcək müstəvi üzrə cərəyan edəcəyi təqdirdə bankda likvidliyin təmin olunması məqsədi ilə əlavə vəsaitlərin cəlb olunması, ayrı-ayrı bölmələrin fəaliyyəti ilə əlaqədar hədlər kəsirində likvid aktivlərin satışı üzrə tədbirlər əksini tapır. 

8.2.4. Plan apik-in təsdiqinə təqdim olunur. 

8.2.5. Plan ilə nəzərdə tutulan tədbirlərin aid olduğu bölmələrin rəhbərləri həmin tədbirlərin tam həcmdə icrası üçün məsuliyyət daşıyırlar. 

8.2.6. Planın tətbiqinin başa çatması haqqında qərarı xəzinədarlığın təqdimatına əsasən apik çıxarır. 

9. Yekun müddəalar. 

9.1. Bu əsasnamə müşahidə şurasının qərarı ilə təsdiq edilir və ediləcək əlavə və dəyişikliklər həmin orqan tərəfindən aparılır.