012931

Şəfiyev Ruslan Akif oğlu

11 Noyabr 1981-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

2001-ci ildə Qərb Universitetinin "Bank İşi" ixtisası üzrə bakalavr dərəcəsi almışdır. 

2003-cü ildə Yanvar ayından 2004-cü ilin Fevral ayı daxil olmaqla Middle East Petrol Farm şirkətində administratorun köməkçisi vəzifəsində çalışmışdır. 

2004-cü ilin Fevral ayından 2005-ci ilin Fevral ayı daxil olmaqla Black Gold İnternational şirkətində administratorun köməkçisi vəzifəsində çalışmışdır. 

2005-ci ildə J Ray McDermott Caspian Contractors İnc. administratorun köməkçisi vəzifəsində çalışmışdır. 

2008-ci ilin Avqust ayından 2008-ci ilin Dekabr ayı daxil olmaqla "SW HOLDING" MMC-yə İqtisadçı vəzifəsinə təyin edilib. 

2008-ci ildə Odlar Yurdu Universitetində "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi almışdır. 

2008-ci ilin Dekabr ayından 2009-ci ilin Dekabr ayı daxil olmaqla Duty Free.AZ şirkətində "Navision" sistemi üzrə mühasib vəzifəsində çalışmışdır. 

Dekabr 2009-cu ildən 2012-ci ilin Yanvar ayı daxil olmaqla "Bank Silk Vey" ASC-də Riskləri İdarəetmə Şöbəsində aparıcı mütəxəsis vəzifəsində çalışmışdır. 

Yanvarın 2012-ci ildən 2013-cü ilin May ayı daxil olmaqla "Bank Silk Vey" ASC-də Riskləri İdarəetmə Şöbəsində baş mütəxəsis vəzifəsində çalışmışdır. 

2013-cü ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.