012931

Əhmədov Mahir Əvəz oğlu

17 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 

1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə" fakultəsini bitirmişdir. 

1999-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Maliyyə və Kredit" ixtisası üzrə magistr dərəcəsi almışdır. 

1993-1996-cı illərədək "Diyarbank" SB-də çalışmışdır. 

1996-1999-cu illərədək "Azşərqbank" KB-da aparıcı iqtisadçı, 1999-cu ildən isə baş mühasib vəzifələrində çalışmışdır. 

2000-ci ildən "Azalbank" SKB-də, sonradan isə "Bank Silk Vey" ASC-də baş mühasib vəzifəsində çalışmışdır. 

2009-cu ildə "Bank Silk Vey" ASC-nin İdarə Heyəti sədrinin müavini təyin edilib.