012931

Bankda risklərin idarə edilməsi barədə

Kredit riski - borclu tərəfindən Bank qarşısında qəbul edilmiş öhdəliklərin müqavilə şərtlərinə əsasən yerinə yetirilməməsi, vaxtında yerinə yetirilməməsi və ya tam olaraq yerinə yetirilməməsi nəticəsində itkilərin yaranması ehtimalı. Həmçinin kredit risklərinin idarə olunmasının komponentləri, kredit risklərinə Müşahidə Şurası, İdarə Heyəti və üst səviyyə menecment nəzarəti, təşkilatı struktur, sistem və prosedurlar, kreditlərin verilməsi, kredit risklərinin ölçülməsi, kreditlərin idarə edilməsi, kreditlərin təsiqi, kredit risklərinin monitorinqi və nəzarət, limitlərin müəyyən edilməsi, səlahiyyətlərin verilməsi, problemli kreditlərin idarə edilməsi. 

Bazar riski - Bankın ticarət portfelindəki maliyyə alətləri və törəmə maliyyə alətlərinin bazar qiymətlərinin, habelə xarici valyutaların və qiymətli metalların məzənnələrinin əlverişsiz surətdə dəyişməsi nəticəsində itkilərin yaranması ehtimalı. Bazar riskinin idarə edilməsinin elementləri, bazar risklərinə Müşahidə Şurası, İdarə Heyəti və üst saviyyə menecment nəzarəti, təşkilatı truktur, qiymətləndirmə, risklərin ölçülməsi, bazar riskinin, daha bəsit yollarla ölçülməsi, risklərin toplanması, risklərin monitorinqi, riskə nəzarət, audit. 

Valyuta riski - xarici valyutada və qiymətli metallarda Bankın açığ olduğu mövqelər üzrə xarici valyuta və qiymətli metal məzənnələrinin əlverişsiz dəyişməsi nəticəsində itkilərin yaranması ehtimalı. Valyutanın riski idarə olunmasının və nəzarətin əsas məqsədi xarici valyutadan istifadə edilməklə aktivlərin və passivlərin formalaşdırılması zamanı bankın kapitalının itkisinin minimuma çatdırılması. Valyuta riskinin idarə edilməsi mərhələli şəkildə həyata keçirir: 

Riskin aşkar edilməsi - açıq valyuta mövqeyinin və onun riskə uğraması təhlükəsinin müəyyən edilməsi; 
Valyuta riskinin kəmiyyətcə qiymətləndirilməsi; 
Limitlərin müəyyən edilməsi. 

Faiz riski - Bankın aktiv, passiv və balansdankənar alətləri üzrə faiz dərəcələrinin əlverişsiz dəyişməsi nəticəsində itkilərin yaranması ehtimalı. Bu riskə Bankın faiz dərəcəsinin dəyişməsinə həssas olan bütün aktiv və passivlər meyllidir. Bankın faiz dərəcəsi potensial həcminin təyin olunması üçün faiz dərəcələrinin boşluğunun təhlili üsulundan istifadə edilir (GAP təhlil). GAP təhlil zamanı faiz riskininin göstəricisi kimi, faiz dərəcələsinin dəyişməsinə həssas olan aktivlər/passivlərin balanslaşdırılmaması səviyyəsi əsas götürülür. Bundan əlavə faiz dərəcəsinə həssas aktiv və öhdəliklərin həssaslıq testi tətbiq edilir, faiz dərəcələrinin 1% artım və azalmasının bankın xalis mənfəətinə təsiri proqnozlaşdırılır. Bank üzrə faiz spredi marjası 8% müəyyən edilmişdir. 

Əməliyyat riski - daxili biznes-proseslərin icrası, personalın hərəkətləri, informasiya sistem və texnologiyalarının çalışması ilə əlaqədar olan xəta və səhvlər, habelə xarici hadisələrin təsiri nəticəsində itkilərin yaranması ehtimalı (həmçinin əməliyyat riskləri). 

Likvidlik riski - Bank tərəfindən özünün maliyyə öhdəliklərinin tam həcmdə icra etməməsi nəticəsində itkilərin yaranması ehtimalı; öhdəliklərin vaxtında yerinə yetirilməsi üçün zəruri olan likvid aktivlərin çatışmazlığının yaranması riski. Bank fəaliyyətinə uyğun olaraq təsir göstərə biləcəck iki növ likvidlik riski nəzərdən keçirilir: 

Qısamüddətli nağd vəsaitlərə olan tələbləri yerinə yetirmək üçün kifayət qədər pul və qiymətli kağızları saxlaya bilməməsi; 
Əlavə maliyyələşdirməni əldə edə bilməməsi. 

Komplayens riski - qanunvericilik, qayda, tənzimləyici tələbləri, göstərilən praktikaları, daxili siyasət və prosedurların, yaxud etik normaların pozulması və ya yerinə yetirilməməsi nəticəsində mənfəət və ya kapitalın əldən çıxması ehtimalı. Bu risk Bankı cərimə, zərər üçün ödəmələr, müqavilələrin yerinə yetirməməsinə məruz qoya bilər. Komplayens riski nüfuzun pisləşməsinə, etimadın aşağı düşməsinə, biznesin həyata keçirilməsi imkanlarının məhdudlaşdırılmasına, inkişaf potensialının azalmasına, müştəri bazasının azalmasına gətirib çıxara bilər. Komplayens riskin əsasını - norma və qaydalara riayət edilməməsinin səbəbini maliyyə bazarı iştirakçılarının maraqları arasında toqquşma təşkil edir. 

Hüquqi risk - fəaliyyətin həyata keçirilməsi ərzində hüquqi səhvlərin buraxılması (sənədlərin səhv tərtib olunması, səhv hüquqi məsləhətlərin verilməsi), Bank və ya onun kontragentləri tərəfindən normativ-hüquqi aktların və ya bağlanmış müqavilələrin tələblərinin yerinə yetirilməməsi, habelə hüquqi sistemin mükəmməl olmaması nəticəsində itkilərin yaranması ehtimalı. 

Strateji risk - Bankın fəaliyyət strategiyasını və inkişafını müəyyən edən qərarların qəbul olunması zamanı buraxılmış səhvlərin və Bankın fəaliyyətinə mənfi təsir göstərəcək mümkün təhlükələrin qeyri-qənaətbəxş uçotu, rәqiblәr qarşısında Bankın üstünlük əldə edə biləcəyi perspektiv fəaliyyət istiqamətlərinin düzgün müəyyənləşdirilməməsi, Bankın fəaliyyətinin strateji məqsədlərinə yetişməsini təmin etmək üçün zəruri olan lazımi resurs və təşkilatı tədbirlərin olmaması nəticəsində itkilərin yaranması ehtimalı. 

Ölkə riski (o cümlədən də vəsaitlərin köçürülə bilməməsi riski) - iqtisadi, siyasi, sosial dəyişikliklər səbəbindən xarici kontragentlərin (hüquqi və fiziki şəxslər) öhdəliklərin yerinə yetirilməməsi, habelə pul öhdəliyinin ifadə olunduğu valyutanın ölkənin qanunvericiliyində (kontragentin maliyyə durumundan asılı olmayaraq) yer almış xüsusiyyətlər səbəbindən kontragentin sərəncamında ola bilməməsi nəticəsində itkilərin yaranması ehtimalı. 

Bankda risklərin idarə edilməsi üzrə qərarqəbuletmə sistemi aşağıdaki kimi bölünmüşdür: 

  • Risklərin idarə edilməsi komitəsi - bankda risklərin idarə edilməsi, bütün növ üzrə risklər, global limitlər
  • Kredit Komitəsi - kredit, ölkə, ödəməmə, kredit portfeli üzrə cəmlənmə riskləri
  • İdarə Heyəti - əməliyyat, hüquqi risklər üzrə
  • Müşahidə Şurası - strateji və təşkilatı risklər
  • Xəzinadarlıq Departamenti - bazar, faiz, likvidlik, valyuta riskləri 

Risklərin idarə edilməsini həyata keçirən strukturlar və onların səlahiyyətləri: 

Müşahidə Şurası - bankın fəaliyyəti nəticəsində üzləşdiyi bütün risklərin məqbul səviyyələrini müəyyən edir və riskləri düzgün müəyyənləşdirən, qiymətləndirən və onlara nəzarət edən səmərəli risklərin idarə edilməsi sisteminin yaradılmasını təmin edir. Bu məqsədlə Müşahidə Şurası risklərin idarə edilməsini həyata keçirən təşkilatı strukturu və risklərin idarə edilməsi üzrə bütün qayda və prosedurları təsdiqləyir. Müşahidə Şurası risklərin idarə edilməsi üçün tam məsuliyyət daşıdığı halda, idarəedici məsuliyyət İdarə Heyətinin üzərinə qoyulur. 

İdarə Heyəti - İdarə Heyəti Müşahidə Şurası tərəfindən təsdiq edilən və risklərin idarə edilməsini həyata keçirən təşkilatı strukturu yaradır və risklərin idarə edilməsi üzrə bütün qayda və prosedurları hazırlayır. 

Daxili Komitələr - bankda risklərin idarə edilməsi üzrə müstəqil qərarlar qəbul edə bilən komitələr, bankın fəaliyyəti haqqında ətraflı məlumata və bankda risklərin idarə edilməsi üzrə konkret məsuliyyət malik olan İdarə Heyətinin bir neçə üzvündən, elecə də bankın struktur bölmələrinin rəhbər işçilərindən təşkil olunmuşdur. 

Kredit komitəsi (KK) - kreditlərin təsdiqlənməsi və idarə edilməsini yerinə yetirir 

Riskləri İdarəetmə Komitəsi (RİK) - digər risklərin idarə edilməsini həyata keçirir və mövcud risklərin idarə edilməsi üzrə daxili komitələrinin fəaliyyətini əlaqələndirir 

"Strategi planlaşdırma qrupu" - İnformasiya texnologiyaları üzrə risk siyasətini müəyyən edir və İT risklərinin idarə edilməsini yerinə yetirir 

Risklərin idarə edilməsi şöbəsi - Risklərin idarə edilməsi şöbəsi bankın öz fəaliyyətində üzləşdiyi biləcəyi bütün spesifik risklərin müəyyən olunmasını, idarə edilməsini və bu sahəyə müvafiq nəzarəti həyata keçirən struktur bölməsidir. Risklərin idarə edilməsi bölməsi bankın fəaliyyətinin Müşahidə Şurası tərəfindən təsdiqlənən risk limitləri çərçivəsində həyata keçirilməsinə nəzarət edir. Risklərin idarə edilməsi bölməsi hər bu əməliyyat bölməsinin fəaliyyəti nəticəsində üzləşdiyi bütün spesifik risklərin müəyyən edilməsini, onların idarə edilməsi üçün qayda və prosedurları, o cümlədən hər bir işçinin risklərin idarə edilməsi sahəsində vəfizə təlimatının hazırlanmasını təmin edir. Həmçinin Risklərin idarə edilməsi şöbəsi yarana bilən riskləri müzakirə edir və təcili görülməli tədbirlər barədə RİK-ə məlumat verir. 

Riskin azaldılması üzrə siyasət və alətlərin effektivliyinə nəzarət prosesləri 

"Bank Silk Vey" ASC-də risklərin idarə edilməsinə nəzarət aşağıdaki ierarxiya çərçivəsində həyata keçirilir: 

  • Strateji səviyyə - Müşahidə Şurası və İdarə Heyəti riskin tanınması, bankın risk sərhədinin müəyyən olunması, risklərin idarə edilməsi üzrə strategiya və siyasət müəyyən edir, toplam riskin qəbulolunabilir səviyyədə olması və götürülmüş riskin kompensasiya olunacağını təmin etmək üçün adekvat sistem və nəzarətin qurulmasını təmin edir; 
  • Makro səviyyə - Biznes sahəsi və biznes xətləri üzrə risklərin idarə edilməsi və nəzarəti özündə əks etdirir. Risklərin idarə edilməsi fəaliyyətləri mütəxəssislər və müvafiq kateqoriya üzrə riskərin icmalı ilə məşğul olan struktur bölmələri tərəfindən həyata keçirilir; 
  • Mikro səviyyə - Bankın adından risk götürən şəxslər tərəfindən həyata keçirilir, məsələn front ofis və kredit verən struktur bölməsi.

«GAP (ÜQMP - Ümumi Qəbul edilmiş Mühasibatlıq Prinsipləri)-analiz» - qabaqcadan müəyyən edilmiş vaxt kəsirlərinə münasibətdə aktivlər ilə passivlər arasındakı kəsirlərin ölçülməsi vasitəsi ilə likvidlik riski və faiz riskinin idarə olunması aləti; likvidlik kəsirinin bağlanması qiymətinin və faiz dərəcələrindəki dəyişikliklərin Bankın xalis faiz gəlirinə (faiz marjasına) təsirinin kəmiyyət qiymətləndirilməsi.